- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Türkiyənin Ermənistanla sərhədin açılması məsələsi ilə bağlı millət vəkili Ərdoğana sorğu ünvanlayıb
BayBək, Azərbaycan | Tuesday, 7th April , 2009 , 03:59 [am] | İç Xəbərlər
![]() |
. | C. Arıtman sərhədlərin aprelin 16-da açılacağı haqda ABŞ-ın “The Wall Street Journal” qəzetində dərc olunmuş xəbərə diqqət çəkərək baş nazirə aşağıdakı sualları ünvanlayıb: “Hökumətinizin, Xarici İşlər Nazirliyinin ölkə daxilində belə bir məlumat açıqlamadığı halda, Amerikada verdikləri bu açıqlama doğrudurmu? Türkiyə-Ermənistan sərhədlərini açacaqsınızmı? Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində Türkiyənin şərq bölgəsinin Ermənistan torpağı olduğu və geri alınacağı yazılıb. Bunu bilirsinizmi? |
Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir millət vəkili Canan Arıtman Türkiyə-Ermənistan sərhədinin açılacağına dair yayılan xəbərlərlə bağlı baş nazir Rəcəb Tayyib Ərdoğana rəsmi sorğu ilə müraciət edib.
APA-nın ANKA agentliyinə istinadən verdiyi məlumata görə, C. Arıtman sərhədlərin aprelin 16-da açılacağı haqda ABŞ-ın “The Wall Street Journal” qəzetində dərc olunmuş xəbərə diqqət çəkərək baş nazirə aşağıdakı sualları ünvanlayıb: “Hökumətinizin, Xarici İşlər Nazirliyinin ölkə daxilində belə bir məlumat açıqlamadığı halda, Amerikada verdikləri bu açıqlama doğrudurmu? Türkiyə-Ermənistan sərhədlərini açacaqsınızmı? Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində Türkiyənin şərq bölgəsinin Ermənistan torpağı olduğu və geri alınacağı yazılıb. Bunu bilirsinizmi?
Ermənistan Konstitusiyasının 13-cü maddəsinin 2-ci paraqrafında və dövlət gerbində Ağrı dağının adının və təsvirinin yer aldığını bilirsinizmi? Ermənistan Konstitusiyasında soyqırım yalanının beynəlxalq aləmdə tanınmasının Ermənistanın xarici siyasət hədəfi olaraq yer aldığını bilirsinizmi? Bir türk yurdu olan Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olduğunu bilirsinizmi?
Ermənistanın bu işğala son qoyması və köç etmək məcburiyyətində qalmış 1 milyon Azərbaycan türkünün təhlükəsiz şəkildə ana yurdlarına dönmələri üçün beynəlxalq diplomatik təşəbbüsləriniz olacaqmı? Ermənistanın Azərbaycan torpaqlarını işğalı sırasında başda Xocalı qətliamı olmaqla on minlərlə türkü öldürdüyünü, vaxtilə 70-dən çox türk diplomatını qətlə yetirmiş şəxsləri yaxalayıb cəzalandırmadığını, əksinə, onları qoruduğunu, üstəlik vəzifə verdiyini bilirsinizmi?
Ermənistanın Türkiyə ilə arasında olan sərhədi tanımadığını, bu sərhədi dəyişdirmək üçün Avropa Birliyi və Rusiyada lobbi çalışmaları apardığını bilirsinizmi? Bütün bu gerçəklərin fonunda Ermənistan sərhədini açmağın türk milləti tərəfindən həzm edilib bəyəniləcəyini düşünürsünüzmü?”
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir