- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Moldova gəncləri parlamentin binasını və prezident aparatını ələ keçiriblər

BayBək, Azərbaycan | Tuesday, 7th April , 2009 , 18:28 [pm] | Dış Xəbərlər

. Kişnyovda prezident iqamətgahının qarşısında yerləşən Moldova parlamenti binasına hücum edilib. Gənc insanlar şüşələri qırır, parlamentdən mebelləri çıxarır və onları yandırmaq istəyirlər. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.


Kişnyovda prezident iqamətgahının qarşısında yerləşən Moldova parlamenti binasına hücum edilib. Gənc insanlar şüşələri qırır, parlamentdən mebelləri çıxarır və onları yandırmaq istəyirlər. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.

İzdiham əvvəlcə prezidentin iqamətgahına soxulmağa cəhd göstərib, lakin polisin su şırnağı tətbiq etməsindən sonra insanların bir qismi parlamentə tərəf hərəkət edib (Trend).

Belə ki, əsasən gənclərdən ibarət olan 10 000 nəfərdən çox adam prezident sarayını qarşısında keçirdiyi etiraz aksiyası zorakılığa çevrilib. 20-dən çox adamın yaralandığı haqqında ilkin məlumatlar var.
Azadlıq Radiosunun verdiyi xəbərə görə, axşam saatlarında prezident Voroninin xalqa müraciət etməsi göslənir.

“RİA Novosti” agentliyinin verdiyi son məlumata görə, gənclər prezident aparatını da artıq ələ keçiriblər. Ələ keçirilən parlament və prezident aparatı binalarından isə Avropa Birliyinin və Rumıniyanın bayraqları asılıb.
Prezident Vorininin isə qaçdığı barədə məlumatlar yayılıb.

Qeyd edək ki, mitinqçilər bazar günü keçirilən parlament seçkisinin elan olunan nəticələrinə etiraz edirlər.

Seçkidə prezident Vladimir Voronin rəhbərlik etdiyi Kommunist partiyasının 50%-dən çox yerə sahib olduğu bildirlir. Bu ölkədə parlament çoxluğu həm də prezidenti seçmək hüququna malikdir. Qüvvədə olan Konstitusiya iki dəfə dalbadal prezident olmuş Voroninin üçüncü dəfə prezident olmasına imkan vermir.

Paytaxt Kişinyovun meri Dorin Çirtoaca prezidentin binasına daş atanların mitinqçilər arasında soxulmuş təxribatçılar olduğunu deyir:
- Burada minlərlə gənc binanın birinci və ikinci mərtəbələrində pəncərələrin şüşələrini sındırıb, yardımçı otaqlara daxil olublar. Onlar nəyisə yandırıblar. Pəncərələrdən tüstü çıxır. Polis onları binanın pilləkənlərində dayandırmağa çalışır. Polis mitinqçilərə qarşı su şırnaqlarından istifadə edir.

Mer Dorin Çirtoacanın qərb yönümlü Liberal partiyası bu parlament seçkilərində üçüncü yerə çıxıb.(Qaynar)

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4536.azr
azeribaybak[at]gmail.com