- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Dövlət Bahçeli: “AKP Azərbaycanı tək qoyacaq səhv yoldan geri qayıtmalıdır”

BayBək, Azərbaycan | Tuesday, 7th April , 2009 , 21:46 [pm] | İç Xəbərlər

. Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup iclasında ABŞ prezidenti Barak Obamanın TBMM-dəki çıxışını tənqid edib. O, Barak Obamanın parlamentdəki çıxışında qondarma erməni soyqırımı ilə əlaqədar olaraq “keçmişlə üzləşmək” çağırışını “xoş qarşılanmayacaq nəzakətsizlik” kimi qiymətləndirib.
de


MHP lideri partiyasının qrup iclasında Barak Obamanın çıxışını və Türkiyə hökumətini tənqid edib!

Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup iclasında ABŞ prezidenti Barak Obamanın TBMM-dəki çıxışını tənqid edib. O, Barak Obamanın parlamentdəki çıxışında qondarma erməni soyqırımı ilə əlaqədar olaraq “keçmişlə üzləşmək” çağırışını “xoş qarşılanmayacaq nəzakətsizlik” kimi qiymətləndirib.

Dövlət Bahçeli, problemin mənbəyinin Şərqi Anadolunu öz torpağı kimi görən, Azərbaycan torpaqlarını işğal edən və həyasızcasına soyqırım kampaniyaları keçirən Ermənistan olduğunu deyib: “Burdan AKP-yə (hakim Ədalət və İnkişaf Partiyası) xəbərdarlıq edirəm. Bir yalan iddianın bir çox insan tərəfindən qəbul edilməsi o iddianın doğru olduğunu göstərmir. Tarixən haqlı olduğumuzu axıra qədər müdafiə etməlisiniz. Bu, türk millətinin namusuna təslim olunmuş tarixi həqiqətdir. Azərbaycanı tək qoyacaq səhv yoldan tez geri qayıtmaq lazımdır. Heç bir hökumətin heç bir qarşılıq görmədən Ermənistanı qazanmaq üçün qardaş Azərbaycanı itirmək siyasəti ola bilməz”.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4537.azr
azeribaybak[at]gmail.com