- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Iğdır-dan Təbrizə seçgilər - Böyük Rəsuloğlu

BayBək, Azərbaycan | Tuesday, 7th April , 2009 , 23:29 [pm] | Məqalə-Yazi

. 5- Bizim sizdən öyrəndiyimiz kimi sizin də bizdən öyrənməyiniz çox şey var. Güney Azərbaycanın batı bölgələrində, geçən ilki seçgilərdə Kürd teror dəstələrinin qarşısında millətimiz ağlını işlədərək böyük uğur qazandı. Ara qatanlara, geçmiş siyasi bağlılıqlara arxa çevirəmiyən üzdən iraq Azərbaycançıların seçgilərdə iştirak etməmə çağırışına yox diyərək, bütün bölgələrdə


Azərbaycan Milli Hərəkatının çağdaş fikir dairəsinin mərkəzində dayanan Güney Azərbaycandakı siyası durumun təhlilinin birinci sırada yer alması inkar edilməzdir. Onda, Iğdır məsələsinin bu təhlili yazıda yer almasının səbəbi soruşula bilər.

Yazı oxunduğunda, baxış zaviyəsini açaraq bu məsələyə toxunmağımın səbəblərinin anlaşılacağına inanıram. Ancaq, bir tərəfdən Türkiyədə baş verənlər, obiri tərəfdən də “Milli Hərəkatımızın” çağdaş fikir meydanında Iğdır, Iğdırlı və o bölgə ilə təqribən 45 il bundan öncədən tanış olduğum səbəbi ilə, təcrübələrimi gənclərimizlə paylaşmaqda fayda gördüm. Özəlliklə, çeşitli mülahizələrə görə Iğdırın, batı Azərbaycan və orada da ən çox qəhrəman Sulduzla qantarlanması xüsusi əhəmiyət daşımaqdadır.

1965-də Atatürk üniversitəsində oxuduğum zaman bizim fakültədə oxuyan əslən Kars vilayətindən olan Azərbaycan kökənli “İbrahim Düz” eyni bölümdə birgə oxuduğumuz “ Mehdi bəy Əkinci” ilə tanış olmuşdum. Həmin vilayətdən olan və bugün İzmir Ege üniversitəsində “ Azərbaycan ədbiyati” bölüm başqanı vəzifəsini tutan, çox dəyərli dostum sayın Prof.dr. Ali Yavuz Akpinarı unutmamışam. Aramızda məzhəb fərqinə baxmıyararq, dərin dini inanclarının yanında özünü Türk dünyası və özəlliklə Azərbaycan məfkurəsinə adamış, özünün dediyinə görə “Qarapapaq” kökənli bu dostumuzu etdiyi xidmətləri dəyərləndirmək üçün adının çəkilməsi borc ödənməsidir. Azərbaycan eşqi ilə yanıb qovrulan ürəyimdən pöhrələnən alovları seçən Iğdırlıların milli görüşlüləri ətrafımı sardı və Türklük mehvəri ətrafında fırlanan Azərbaycançılıq düşüncəsi ilə yola çıxdıq. Bu insanlardan, Nihat Çətinkaya, Ahmedəli Aslan , Səməd ləhimci, Hüseyin Tanıq kimilərinin Iğdırlı olduqları böyük əhəmiyət kəsb edirdi.

Çünki, o zaman Türkiyə üniversitələrində sağ-sol arasında çəkişmələrin binövrəsi qoyulurdu. Bir yandan Rusçu koministlərlə Maoistlər, o biri yandan da çiyinlərində milli byraq daşıyan ülkücülər. Kürd tələbələrin kominizmə inanalarının sol qrupların yanında olduğu, ancaq onların içindən PKK kimi bir quruluşun da ortaya çıxacağı aydın görünməkdəydi. Iğdır azərbaycanlılarının içində sol qruplara üzv olanlarla birlikdə, Azərbaycan sevgisi ilə dolu olanlar Türk dünyasına bağlananaraq bu mübarizənin şaxələrini təşkil edirdilər.

1967-də “Bizim Azərbaycan” adındakı qazeti, o zaman Əerzrumda “ülkü ocaqları” başqanı və indilikdə “ milliyətçi hareket” partiyasının Ankara şöbəsində fəaliyət göstərən dəyərli dostum sayın “Yılma Durak” bəyin mətbəəsində basdırırdıq. Iğdırı görmək, oradakı milli hərəkatçıları gücləndirmək məqsədi ilə, eyni halda adını çəkdiyim qazeti oradakı dostlara çatdırmaq üçün bir neçə fikirdaşla oraya getdik.

O zaman, balaca bir şəhər olan Iğdırın daxilində Azərbaycan türklərindən başqa təqribən heç bir millətin yaşamadığı halda, çox verimli toprağı olan və o zaman Türkiyənin pambuk anbarı sayılan Iğdır ovasında yayılmış təqribən bütün kəndlər Türklərdən ibarət idi. Ətraf dağlardakı otlaq kəndlərin əksəriyəti isə Kürd yerləşim mərkəzləri durumundaydı. Bu baxımdan batı Azərbaycnın bəzi şəhərlərinə, özəlliklə Sulduz şəhərinə bənzədiyini vurqulamaq istərdim. Bu haqda bu qədər açıqlamanı yetərli gördüyüm üçün sözü uzaltmaq istəmirəm. Ancaq o zaman İran şahı Qum şəhərində islam mərkəzləri ilə savaşdığı halda, Iğdır-da şiəçilik təbliqatı aparmaq üçün oraya göndərdiyi mollaların sayının getdikcə artmaqda olduğunu vurqulamaq lazimdir.

Bu günkü durumda Iğdır seçgilərində Türklərin məqlubiyət səbəblərini az sonra anladacağam. Ancaq, yuxraıdakı açıqlamalara istinadən hansı təcrübələrdən faydalanmaq niyətimi bildirməkdə fayda var.

Aşağıdakı fikirləri dəqiqliyi ilə oxuyandan sonra, Güney Azərbaycandakı mübarizəmizdə batı Azərbaycan siyasətimizdə tutulacaq yol ışıqlana bilər. Bunun yanında, Azərbaycanın tarixi topraqlarına daxil olan, Qəzvin, Həmədan, Savə, Ərak kimi bölgələrdə, milli hərəkatımıza qoşulan az sayıda gənc olsa da, bunların səpdiyi ədalət toxumu sürətlə gövərib, o bölgələrdə Türklük şurunu şiddətlə artıracağına inanıram.

Çünki, o zamanlar, yayqın olan solçuluq xəttinin bir moda halinə gəlməsi nəticəsində, gəncliyin böyük əksəriyəti o cəbhəyə qaymışdı. Bütün üniversitələr o qrupların əlində olduğu halda Atatürk üniversitəsində ülkü ocaqları qalib gəldiyi kimi Iğdırda da bu təfəkkür üstünlük təşkil edirdi. Bu milli başarının əsas səbəbkarları oradakı milli təfəkkürlü gənclər olsa da, bizim üniversitədə oxuyan yüzə yaxın Güneyli gənclərdən 3-4 nəfərinin milli görüşü paylaşmasının böyük rolu olmuşdur. Yuxarıda adalrını çəkdiyim bölgələrdəki milli fəallarımız, o bölgələrdən olan rəhmətlik “Əli Kəmalının” tək başına milli hərəkatımıza qatqısını, dəyərli milli şairimiz sayın “ Süleymanoğlunu” təsirini örnək alması, millətimizində bu insanlara hörmət və qayqısı təqdirə layidir.

Bütün bunlarla birlikdə, Iğdır seçgilərində yenilgənin səbəblərinin təhlili, özəlliklə Güney azərbaycanlıların seçgi siyasətindəki yolunun ışıqlanmasında faydalı ola bilər. Bu təhlildə, bugün Türkiyədə AKP-nin müsbət siyasətləri ilə birlikdə apardığı yanlış siyasət, həmçinin son 30-40 il içərisində bölgədəki Kürd yayılmasının qaynaq və quyruqlarını müzakirə edəcək fikrim yoxdur. Demokrat Türkiyə Partisinin ( DTP) “güney doğu anadolu”da qazandığı bələdiyələr, dövlət baxanı sayın Cəmil bəy Çiçəyin açıqlamaları və sayın Ərdoğanın seçgi sitəmi, yapılan xətaların üzdən geçmə etirafını ortaya qoymuşdur. Buda aydındır ki, baş nazirin dəyərləndirməsi, özəlliklə səs itgisi barədə hədddindən artıq dayaz və gərçək dışıdır. Xətaların kökünü axdarıb tapıp, düzgün ölçü tərəzisində ölçmək gərəkir.

Çünki, çox sayılı yalnış siyasətlər nəticəsində millətimizə dəyən zərbə vurulmuşdur və onu geri qaytarmaq mümkün deyildir. Bu da unutulmamalıdır “ yandırılan odun tüstüsü hamıdan öncə yandıranın gözünə geder”. Bu tüstünün gözləri yandıraraq axıdacağı yaşların izləri indidən görünməkdədir. Çünki, millət başa düşmüşdür ki, tək partı hakimiyətin böyük faydalarının yanında, demokratik gedişata böyük ziyanıda doğru ölçülməlidir. Biz də, özümüzə istədiyimiz bütün haqları başqa millətlərə istəyirik. Ama, millətimizi fəda edərək ayaqlara salmaqla deyil, böyüdərək, gücləndirərək, Türk ədaləti fəlsəfəsinə söykənərək.

Iğdır seçgilərini dəyərləndirməni, tələbəlik illərində sayın ustadım Prof. Dr. Orhan Türkdoğnın məktəbində, ondan eşitdiyim bir cümlə ilə başlamaq istərdim. O zaman Türkiyənin, getdikcə batma noqtəsinə yaxınlaşmasından çox nigaran olan bu böyük milli alim deyirdi” Türk millətinin ağlı var, fikri yoxdur”. Biz azərbaycanlılar, ağlımızı üskük ölçüsü ilə deyil, deniz miqyaslı işlədərək milli təfəkkürümüzü gücləndirməyimiz ən vacib məsələdir. Yuxarıda qeyd etdiyim Kürd yayılma siyasətinə baxmıyaraq, Iğdırdakı seçgilərdə toplam səslərin təqribən %30- nu alaraq DTP- nin qazanmasında neçə sorquya cavab tapmaq lazidir.

1- MHP-dən geçmiş seçgilərdə bələdiyə başkanı seçilən “Nurəddin Araş” nə üçün AKP- yə geçib oradan adaylığını qoydu. Bunun maddi ölçüsü vəya mənəvi itgisi necə dəyərləndirilir. Bu durumda MHP-nin sayın “Əkbər Yeşil”-i aday göstərməsi bu siyasi oyun şətrəncincin hansı xanasında yer alır.

2- Bu geçişin, şəxslərə gətirə biləcəyi maddi dəyər ölçüsü, Azərbaycan və milli hərəkatımız üçün həssas və stratejik bölgə sayılan Iğdır vilayətinin bələdiyə başqanlığının itirilməsi ilə bizə dəyən ziyan hansı miqyaslarla ölçülür. Düzgün siyasət yeridilsəydi, seçgi sonrası bu yorqun-arqınlıq yerini başarı toyları səsələnərək, millətimizi daha böyük uğurlara götürməzmiydi?

3- AKP, orada Azərbaycan kökənli olmuyan bir aday göstərmiş olsaydı, nə baş verərdi.

4- Şübhə yoxdur ki, güney Azərbaycanda olduğu kimi Iğdırda da seçgi qabağı təbliqatlarda fikir ayrılıqları milli fikir sahibləri arasında cərəyan etmişdir. Can yandırnalar yanında görünmüyən əllərin aranı qataraq bulanıq sudan balıq tutma oyunu da güneydə olduğu kimi cərəyan etmişdir. Açıq gözlü, bilgili olmaqla birlikdə, demokratik bir ölkədə yaşayan Iğdır azərbaycanlılarının, həssas dönəmlərdə bir araya gələrək öz milli mənafeilərini qorumaq üçün bir orqanları yoxmu, nədən?

5- Bizim sizdən öyrəndiyimiz kimi sizin də bizdən öyrənməyiniz çox şey var. Güney Azərbaycanın batı bölgələrində, geçən ilki seçgilərdə Kürd teror dəstələrinin qarşısında millətimiz ağlını işlədərək böyük uğur qazandı. Ara qatanlara, geçmiş siyasi bağlılıqlara arxa çevirəmiyən üzdən iraq Azərbaycançıların seçgilərdə iştirak etməmə çağırışına yox diyərək, bütün bölgələrdə Türk adaylarını seçdilər. Dünya çapında, yalançı topraq iddeaçıların toxuduqlarını əyirdilər. Ancaq bütün millətlərə eşit haq tanınmasını da yazı və fikirlərində səsələndirdilər. Iğdırda bu təcrübələrdən istifadə etməyə çalışıldı mı?

Hörmətlə;
Böyük Rəsuloğlu
07/04/2009

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4538.azr
azeribaybak[at]gmail.com