- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
BARAK OBAMANIN SÜRPRİZ İRAQ SƏFƏRİ
BayBək, Azərbaycan | Tuesday, 7th April , 2009 , 23:43 [pm] | Dış Xəbərlər
![]() |
. | ABŞ prezidentini daşıyan təyyarə havaya qalxdıqdan sonra gözlənilmədən Bağdada istiqamət götürüb!
Bu gün günorta saatlarında Türkiyəyə səfərini başa vuraraq ölkəni tərk edən ABŞ prezidenti Barak Obama İraqa burulub. Hamı onun birbaşa öz ölkəsinə uçacağını düşünərkən Obama İraqa baş çəkməyi qərara alıb. Qeyd edək ki, ABŞ prezidentinin |
ABŞ prezidentini daşıyan təyyarə havaya qalxdıqdan sonra gözlənilmədən Bağdada istiqamət götürüb!
Bu gün günorta saatlarında Türkiyəyə səfərini başa vuraraq ölkəni tərk edən ABŞ prezidenti Barak Obama İraqa burulub. Hamı onun birbaşa öz ölkəsinə uçacağını düşünərkən Obama İraqa baş çəkməyi qərara alıb. Qeyd edək ki, ABŞ prezidentinin Avropaya səfəri çərçivəsində son dayanacağının Türkiyə olacağı bildirilirdi. Obamanın səfər proqramında İraqa səfərinin nəzərdə tutulması barədə əvvəllər heç bir informasiya yox idi.
Görünür, ABŞ prezidenti ya bölgəyə gəlmişkən son anda fürsətdən yararlanmaq istəyib, ya da təhlükəsizlik baxımından onun bu səfəri sonadək tam məxfi saxlanılıb.
Bu, Barak Obamanın ölkə prezidenti olaraq İraqa ilk səfəridir. Ondan əvvəl ABŞ prezidenti Corc Buş dəfələrlə İraqda olub, İraqdakı ABŞ hərbi kontingentinin şəxsi heyəti ilə görüşlər keçirib, İraq rəsmiləri ilə danışıqlar aparıb.
Obama isə ordu rəhbərliyi və əsgərlərlə üzböüz görüşə bilsə də, İraq hakimiyyətinin rəhbərləri ilə görüşə bilməyəcək. Bundan ötrü o, hekikopterlə müəyyən məsafə qət etməlidir. Ancaq xəbər agentliklərinin məlumatına görə, əlverişsiz hava şəraiti, bəlkə də ölkədaxili kriminogen durumun gərginliyi üzündən bu, ona müyəssər olmayacaq.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir