- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Böyük Britaniya-nın oyunumu, yoxsa Farsçıların xəstəligi? - Təbrizli Baybək

BayBək, Azərbaycan | Wednesday, 8th April , 2009 , 23:25 [pm] | Məqalə-Yazi

. Varlıqlarımızın bir çoxu hələdə bizim əlimizdən alınmamış görünürlər, onları nədən qorumağa özən göstərmirik?

Dildə birlik, işdə birlik desəkdə, mələsəf sözdə dayanmış və əmələ geçənimiz yoxdur!



Söz yoxdur ki indiki İran adlanan ölkənin Fars hakimiyətini yaradanların başında gedən və başında duran Böyük Britaniya olmuşdur. Hətta Pəhləvi dönəmində Amerikaya yönələn hakimiyəti devirməkdə bilə, baş rolu oynayan, elə genədə Böyük Britaniya olmuşdur.

Bu sadə başlanqıcla, demək arxada olan geniş siyasətlərdən söz edilir. Yüz illər boyu Türk dünyasına qarşı yürüdülən siyasətlərin yönəticisi, dünyanın bir çoxlu ölkəsini sömürgəyə çevirən, bir çoxlu ölkənin hakimiyətini seçib və yönətən, bir çoxlu savaşın başladanı və qazananı olan, insanların qırılmasına zəmin hazırlayaraq öz maraxlarını əldə edən v.s kimi işlərin hamısına bir qaynaq vardır, oda Böyük Britaniya siyasətidir!

Ama, bu oyunların yanısıra, bir çoxlu işləm yapılmaqdadır ki sözdə Böyük Britaniya ilə ilgisi bilə yoxdur. Ama əslində o işlərə imkan yaradıb və düşüncə sistemi yetişdirən, genədə Böyük Britaniya olmaqdadır. Demək, indiki sorunların çoxunun kökünə, habelə gələcək prespektivlərinə baxanda, yalnız bir ad görünməkdədir, Böyük Britaniya!

Hələ Fars dilində telekanal yola salan qurumların içinə daxil olan BBC ilə işimiz bitməmişdir. Bu qurum bir çoxlu ölkənin demokrat hakimiyətini yıxmaqda, və daha sonra bir cinayətkar rejimi iş başına gətirməkdə Böyük Britaniya-nın ən ətkiləiyci orqanı olmuşdur. Bu barədə genə deməli olacağam ki sayısız hesabsız fakt vardır.

Örnəiyn, son zamanlarda G20 adı altında diktator və cinayətkar rejimləri bir araya toplayan, Səudi Ərəbistan kimi sülalə diktatıra sistemini bir demokrat və ilərləmiş hakimiyət kimi rəklam edərək millətlərə tanıtmaq, Abxaziya və Ossetiyada öldürülən insanların səsini boğan, ama qarşıda Gürcülərin cinayətlərini mədəni mudafiə olaraq rəklam edən, BBC olmuşdur. Bunlar sadə örnəklərdirlər, daha detayli məsələlərə və olaylara toxunulursa, kitablar yazılmalıdır.

Bu qonuları açmaqdan amacım nədir?

İllər öncə yaxmışdım ki Fars hakimiyəti millətlərin əsarətdə saxlanmasında başarılı olmayacağına inanaraq, Fars bölgələrin inkişaf etdirir və ona görədə Azərbaycan kimi zəngin bölgələrin yeraltı-yerüstü sərvətlərin talayıb və çöllük Farsistan bölgələrini abadlayır! Habelə əlindən gələn xərabkarlıqları Azərbaycan kimi bölgələrdə yapır, təbi sərvətlər və varlıqları məhv edir, iqtisadi bölgələri dağıtır və inkişaf etmiş texnolojiyaları o bölgələrə yerləşdirmir. Bu gərçəklərdən bir sonuc almaq olacaqdır. Oda budur ki Fars hakimiyəti və onlara xət verənlər çox yaxşı bilirlər ki bir gün gələcəkdir ki məcbur olacaqlar millətlərin torpağından çıxsınlar və işqala son versinlər.

Savaşda ilk qural budur ki əgər bir bölgədən geri qaçmaq məcburiyətində olubsan, o bölgəni qullanılmaz hala gətirməlisən, habelə gələcəkdə sorun yaradacaq işləmlər yapmalısan. İndi görürük ki Erməni işqalçıları Azərbaycanın torpaqların necə məhv edirlər. Sularımızı, zəmilərimizi, meşələrimizi və hətta tarixi abidələrimizi aradan aparmaqda saniyəni bilə əlıdən vermirlər.

Böyük Britaniya rəsmən İran adlanan ölkəyə dünya basqısına qarşı pişik yolu sağlayan ölkədir. Cək Stro (Jack Straw) kimi siyasətçilər hələdə Ariya, Koroş və İran kimi saxtalıqları təbliğ eədərək Farsları təhrik etməkdədir.

Bu məqaləmin nədən BBC sitəsinin sözdə Fars bölməsində rastladığım rəmzli olaylar olmuşdur. O qurum hər zaman olduğu kimi, propaqanda və yönlənmiş yayımlarıyla bir çox zaman lazimi ətkiləri hədəf ölkələrdə buraxmışdır.

BBC sitəsinin imkanlarının biri budur ki bəlli xəbərlərə video görüntüləri artırılsın. Bu imkan çox gözəl və anlamlıdır. Ama, nədənsə Fars bölməsində olan videoların aydın bir açıqlaması vardır! Sözü gedən vidoların hamısında başlanqıca ilk baxışda BBC amblemi artırılıb, amblemdə dünya xəritəsi və rəngli bandlar var, bir neçə başkənd adıda bu amblemdə yerləşibdir, örnəiyn Çin başkəndi Pekin kimi adlar! Ama, videonun başlanqıcında hansı başkənd adı öndə gəlməkdədir? Tehran mı? London mu? Kabil mi? Düşənbə mi? Xeiyr, ilginc olaraq, başlanqıcda olan ad İsfahan-dır!

Bəli, İsfahan! İllərdir toxunduğum gərçək burda bir daha ortaya çıxır! Türklərin tarixi torpağı olsada, Türklərin dini başkəndlərindən biri olsada, Azərbaycan Türklərinin şiə məzhəbinin durağı olsada, Türk imperiyalarının yaşatdığı şəhər olsada, mələsəf, bu gün İsfahan tam anlamında bi Fars şəhəri, və daha doğrusu, Farsların simgəsi olaraq tanınmaqdadır. Bu şəhər mədəniyətlər yolu, kültürəl başkən v.s kimi adlarla adlansada, sonucda Farsları təmsil etməkdədir.

Göz gürə görə İsfahan-ıda uduzmuşuq!

Sözün açqıdığım videoların BBC və onun arxasında Böyük Britaniya siyasəti adlandırmayıb, onu BBC-də çalışan aşırıcı Fars ırqçılarının suçuna atım! Ama, buna zəmin yaradan və hətta xət verən nədir?

Daha maraxlı budur ki başqa dillərə hazırlanan videoların çoxunda nə BBC amblemi var və nə başqa anlatma! Məhz, və məhz İran adlanan ölkə, Əfqanistan və Tacikistan bölümündə var. İlginc olaraq, o iki ölkəyə hazırlanan videolarda elə İsfahan adı ilə başlayırlar! Nədən?

Əgər xatərənızda olsa, Fars şovonistləri çalışırlar ta sözdə Fars üçgəni yaratsınlar. Bu ideolojiya hardan gəlib və son amacı nədir? Əfqanistanda Fars dillilərin sayı başqa millətlərdən azdır, habelə İran adlanan ölkədədə Farsların sayı Türklərin hətta yarısındanda azdır! Tacikistanda isə bir çoxlu Fars olmayan insan yaşayır!

Adı gedən üç ölkəyə sözdə müştərək telekanal yaradılmasına nələr qarşı durur? Fars dilli olmayan numayəndələr ilk sırada gəlir, şiə məzhəbinə söykənən təbliğat sisteminə qarşı olanlar ikinci sırada və sonda isə sözdə İran adlanan ölkənin Fars dilinə yapdığı dəiyşimləri sevməyənlər gəlirlər. Ama, inadcı rejimlər çalışırlar ta o telekanalı hər nəqədər xərci olsada hayata gətirsinlər!

Fars dilli mediaların sayı son zamanlarda dahada artmaqdadır! Amerikanın yanısıra, Böyük Britaniya-nən BBC kanalıda Fars dilində güclü bir telekanal yaradıb. Türkiyə isə bu qatara qoşulub və hətta Quzey Azərbaycanda bilə Fars dilinə görə geniş laiyhələr hayata keçirilməkdədir! Bunun anlamı nədir?

Mən belə düşünürəm ki Fars dili ilə yetişən millətləri aydınlatmaq üçün bu telekanalların rolu böyük olacaqdır, ama, təhlükəli olan yön burasıdır ki Fars olmayan millətlər Fars dilinə möhtac olduqlarını daha çox hiss edib, Fars dilində daha çox inkişaf etdirib və ən önəmlisi bu ki adı gedən ölkələri rəsmən Fars dilli tanıtırlar! Soru budur ki aya məhz məcburi dil ilə danışmağa məcbur olanlara o yad dili ilə ulaşmaq gərəkir? Onların öz ana dillərində, gündə 1 saat olsa bilə telekanal proqramı yaymaq daha məqsədə uyqun olmazmı? Bu sorulara cavab ararkən, genə gəldim çatdım məqaləmin başlanqıcına, Böyük Britaniya siyasəti!

Videoları izləmək üçün öncədən toplanmış kliplərə, və ya aşağıdaki örnək adreslərə baxa bilərsiz

Video klipi izləmək üçün tıklayın:
[1] www.baybak.com…
[2] www.bbc.co.uk/…
[3] www.bbc.co.uk/…
[4] www.bbc.co.uk/…
[5] www.bbc.co.uk/…
[6] www.bbc.co.uk/…

Artırım ki adı gedən vidoların hamısı “Persian” bölümündə yerləşiblər, Fars dilli media yaradanları demək hamısı “Persian” bölümü yaradırıq diyə çalışırlar və “Persian” adı gələcək Farsistan üçün rəklam olunur. Xatırladım ki “Persian” adı altında Türk mədəniyəti və varlıqları Farslaşdırılıbdır! Hələdə Azərbaycan qalıları “Persian” adına satılır, daha maraxlı bu ki Azərbaycanda örətilən qalılar İran adlanan ölkədən Fars adına xaricə satılır, Türk adı və şəhərlərimizin adı bir çox zaman içəridə və xaricdə sansor olunub və Fars adları yazılmaqdadır!

Böyük Britaniya Farsistana plan yapmışdırsa, demək o plan arxasında güclü işlər yapılmaqdadır, ama, Güneydə Tikantəpə, Sulduz, Xana, Soyuqbulağ, Qorvə, Qum, Quzeydə isə Qarabağ v.s, və Hətta Gürcüstan və Türkiyədəki torpaqlarımız kimi yerlərdə hələdə Türklər gücə malikdirlər! Nədən o bölgələri bir dəfəlik Türkləşdirmirik? Nədən Türk torpağına yayılan xərçəng xəstəligini, Kürd yayılmasını, Erməni işqalçılığını və Fars asimiləsini dibindən qoparmırıq?

Varlıqlarımızın bir çoxu hələdə bizim əlimizdən alınmamış görünürlər, onları nədən qorumağa özən göstərmirik?

Dildə birlik, işdə birlik desəkdə, mələsəf sözdə dayanmış və əmələ geçənimiz yoxdur!

Təbrizli Baybək
08/04/2009
Croydon

* BBC, yoxsa sömürgəçiligin gizli üzü? – Təbrizli Baybək
[7] www.azr.baybak…

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4544.azr
azeribaybak[at]gmail.com
Yazıda qullanılan URL-lər:
[1] www.baybak.com…: http://www.baybak.com/VideoDepo11007/BritaishFarsPolicyAndAzerbaijan2009EvidensVideo.wmv
[2] www.bbc.co.uk/…: http://www.bbc.co.uk/persian/world/2009/04/090407_pm_gates.shtml
[3] www.bbc.co.uk/…: http://www.bbc.co.uk/persian/world/2009/04/090406_pm_school_report.shtml
[4] www.bbc.co.uk/…: http://www.bbc.co.uk/persian/tv/2009/03/090307_op_afghan_election.shtml
[5] www.bbc.co.uk/…: http://www.bbc.co.uk/persian/afghanistan/2009/02/090218_op_afghan_deployment_brooks.shtml
[6] www.bbc.co.uk/…: http://www.bbc.co.uk/persian/world/2009/01/090123_op_tajikistan.shtml
[7] www.azr.baybak…: http://www.azr.baybak.com/il_2009_say_3987.azr