- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycan jurnalistləri Türkiyədə etiraz aksiyaları keçirəcək
BayBək, Azərbaycan | Wednesday, 8th April , 2009 , 23:33 [pm] | İç Xəbərlər
![]() |
. | Onlar Azərbaycanla Türkiyənin qardaş ölkə olduqlarını bir daha yada salaraq, sərhədlərin açılmasına yol verməyəcəklərini bildiriblər. Yerli əhali aksiya iştirakçılarına qoşularaq yolu bağlayıblar. Türkiyənin Ermənistanla sərhədində Azərbaycan bayrağını dalğalandırıblar. Sonra aksiya İqdır və Qars şəhərlərində davam etdirilib.Yerli hakimiyyət nümayəndələri ilə görüşən Azərbaycanın media işçiləri, heç bir təzyiqə baxmayaraq Türkiyənin bu vilayətlərində sərhədlərin açılmasına tərəfdar olmadığının bir daha şahidi olublar. Belə ki, aksiya iştirakçılarına dəstək |
ANS Şirkətlər Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə aprelin 10-da aparıcı KİV rəhbərləri Qarsa yola düşəcək!
Türkiyə-Ermənistan sərhədlərinin açılması təhlükəsi ilə bağlı olaraq, ANS Şirkətlər Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə aprelin 10-da səhər Azərbaycanın aparıcı Kütləvi İnformasiya Vasitələri rəhbərlərindən ibarət nümayəndə heyəti Qarsa yola düşəcək.
Ankara-İrəvan münasibətlərinin yaxınlaşmasında xüsusi çəkiyə malik olan bu şəhərdən başlanan etiraz aksiyaları Türkiyə-Ermənistan sərhədində sona çatacaq.
Xatırladaq ki, Azərbaycan jurnalistlərinin analoji aksiyası 2004-cü ildə də təşkil edilmişdi. Həmin vaxt ANS Müstəqil Yayım və Media Şirkətinin təşəbbüsü ilə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət jurnalist heyətinin Türkiyə-Ermənistan sərhədində “Türk Türkə dəstək!” və “Sərhədlərin açılmasına yox!” şüarları ilə aksiyası keçirilib. İqdır şəhərindən başlayan aksiya Ankarada izdihamlı mitinqlə başa çatıb. Sərhədlərin açılmasına etiraz edən media nümayəndələrinə yerli əhali də qoşulub.
Onlar Azərbaycanla Türkiyənin qardaş ölkə olduqlarını bir daha yada salaraq, sərhədlərin açılmasına yol verməyəcəklərini bildiriblər. Yerli əhali aksiya iştirakçılarına qoşularaq yolu bağlayıblar. Türkiyənin Ermənistanla sərhədində Azərbaycan bayrağını dalğalandırıblar. Sonra aksiya İqdır və Qars şəhərlərində davam etdirilib.Yerli hakimiyyət nümayəndələri ilə görüşən Azərbaycanın media işçiləri, heç bir təzyiqə baxmayaraq Türkiyənin bu vilayətlərində sərhədlərin açılmasına tərəfdar olmadığının bir daha şahidi olublar. Belə ki, aksiya iştirakçılarına dəstək vermək üçün yüzlərlə şəhər sakini onlara qoşularaq sərhədlərin açılmasına etirazlarını nümayiş etdiriblər. Azərbaycanın jurnalist qrupu ermənilərin türklərə qarşı törətdikləri soyqırım abidəsinin qarşısına əklil də qoymuşdular.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir