- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İran prezidentliyinə adaylar proqramlarını açıqlamalıdırlar - Səməd Niknam

BayBək, Azərbaycan | Monday, 13th April , 2009 , 01:19 [am] | Məqalə-Yazi

. İran İslam Respublikasının növbəti, prezident seçkilərinə iki aydan az vaxt qalsa da, hələ adaylardan heç biri öz proqramını açıqlamamışdır. Onlardan bəziləri o sıradan, adaylığını Azərbaycandan irəli sürən Əkbər Ələmi fikirlərinin başqa adaylar tərəfindən köçürülməsini əsas tutaraq proqramını açıqlamaqda tələsmir.


İran İslam Respublikasının növbəti, prezident seçkilərinə iki aydan az vaxt qalsa da, hələ adaylardan heç biri öz proqramını açıqlamamışdır. Onlardan bəziləri o sıradan, adaylığını Azərbaycandan irəli sürən Əkbər Ələmi fikirlərinin başqa adaylar tərəfindən köçürülməsini əsas tutaraq proqramını açıqlamaqda tələsmir.

Bu haqda hər şeydən öncə demək lazımdır ki, İran topluluğunda cəmiyyətin proqramlar əsasında formalaşan qanunlarla deyil, bəlkə gündəlik şüarlar və məqsəd yönlü təbliğat əsasında idarə olunması adi hala çevrilmişdir. Təəssüflə demək lazımdır ki, İranda prezident olmaq istəyənlər elə bu başdan bu ənənəni davam etdirirlər.

İnsanlara məni seçin deyənlər, hər şeydən əvvəl, gündəlik siyasi-ictimai və bütövlükdə cari və starterik məsələlərə aid alternativ layihələr və özəlliklə, seçkilər zamanı konkret proqramla çıxış etməlidir.
Seçicisinə dəyər verən aday, nə edəcəyini və necə edəcəyini öz seçiciləri ilə araya qoymalı və toplum qarşısında öhdəlik götürməli və məsuliyyət qəbul etməlidir. O, bununla birincisi sübut etməlidir ki, ölkəni idarə etmək üçün proqramı və o proqramı həyata keçirmək üçün işlək mexanizmi var. İkinci ölkəni qarşıya çıxan hadisələrə təsadüfi münasibət bildirməklə, yəni hadisələrin arxasınca sürünməklə deyil, bəlkə öncədən düşünülmüş, strateji plan və proqram əsasında idarə edəcək. Prezidentliyə adaylar, yalnız bundan sonra siyasi-ictimai qüvvələrdən və toplumdan dəstək uma bilər.

Proqramlarının başqaları tərəfindən köçürülməsi, onun açıqlanmamağı üçün yetərli nədən olmadığını vurğulayaraq, demək istərdim ki, millətə seçim haqqı tanıyan aday, alternativ layihələr və proqramlar irəli sürməklə milləti, sözün əsil mənasında seçim qarşısında qoymalıdır.

Başqalarının proqramı köçürmək və yaxud, oxşar şüarlar irəli sürmək ehtimalı, ciddi siyasi mübarizəni kölgə altına almamalıdır. Ciddi və məsuliyyətli alternativin xalqa deməyə həmişə təzə sözü olmalıdır. Heç bir amil, o sıradan proqramların köçürülməsi ehtimalı, xalqa və seçiciyə sayğı ilə yanaşmağı əngəlləməməlidir. Proqramsız təbliğat sayğısızlıq olmasa da, ən azından ciddi səhlənkarlıqdır.

Ciddi siyasi cərəyanlar seçki dövrünün nisbi fəaliyyət imkanlarından faydalanaraq, ölkəni öz təbliğatları ilə bombardman etməlidirlər. Bütün bunlar proqram əsasında və planlı şəkildə olmalıdır. Yayılan proqramların həyata keçirilməsinə əngəl törədənlərin dirənişini qıra bilməsək də, bu işlə toplumun istəklərini gündəmə gətirməklə yanaşı, İslam cümhuriyyəti dövründə seçkilərdə mədəni mübarizənin əsasını qoymuş olarıq.
Cəmiyyətin və siyasi mübarizənin mədəniləşməsi, milli mübarizənin və milli hərəkatın zənginləşməsinin, gəlişməsinin və uğur qazanmasının ilkin şərtlərindəndir.

Səməd Niknam
2009/04/12

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

==========
Buna bağli olan yazılar


Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4567.azr
azeribaybak[at]gmail.com