- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Dr. Ələmi-dən şaşırdıcı addım, prezident seçilirsə dini liderin əmrinə qarşı duracaq mı?
BayBək, Azərbaycan | Wednesday, 15th April , 2009 , 16:37 [pm] | İç Xəbərlər
![]() |
. | Xatırladaq ki İran adlanan ölkədə son söz dini liderin sözüdür. Cumhurbaşxanı və nazirlər, orqanlar və idarələr hamısı dini liderin əmirlərini, qanuna qarşı olsa bilə yerinə yetirməlidirlər. Bu günə qədər bir neçə dəfə “hükümət hökmü” adı altında dini lideri devlətin işinə qarışıb və öz istədigini yerinə yetirib.
İran adlanan ölkənin anayasasında 110-cu maddəsinə toxunan cənab Ələmi, dini liderin toxunulmaz və ən yüksək səviyədə qərar verən şəxs olduğuna görə soru verib və o maddənin necə uyqulanacağını soruşub. |
İran adlanan ölkədə keçiriləcək 10-cu cumhurbaşxanı seçkiləri getdikcə ilginc olayların yaranmasına nədən olur. Cənab Ələmi sözdə islahatçı adayları debata çağırıb!
BayBak-ə gələn bilgilərə görə, Əkbər Ələmi rəsmi bildiri yayıb və Mirhüsey Musəvi ilə Mehdi Kərrubi-ni teledebata dəvət edib.
Bildiridə öncə cənab Ələmi-nin adaylığının Fars medialarında boykot edildigi, və hətta devlətin telekanalları və media orqanlarının bu olaya toxunmadıqlarını qınayan cənab Ələmi artırıbdır ki necə olar “özlərinin adayları” xəbəri hər dəqiqə yayılır ancaq “özlərindən olmayan” aday barədə heç xəbərə rast gəlmək olmur!
BayBak artırır ki sözdə islahatçı adayların rəklamları qeyri rəsmi olaraq başlanmışdır və onlar devlətdə olan bir çoxlu məqamən razılığını bilə əldə etmişlər. İran adlanan ölkənin dini lideri ilə dəfələrcə görüş etmək haqqı qazanan adayların yanında, Əkbər Ələmi kimi adları bilə boykot olan adaylarda vardırlar.
Sözü gedən bildiridə Fars mediaların “islahatçı” diə rəklam etdikləri adayların hansı islahatdan söz etdikləri surquya çəkilib. Cənab Ələmi belə düşünür ki islahat diyə bir şey yoxdur və debata çağırdığı iki aday islahat ilə ziddiyətdədirlər.
BayBak artərır ki cənab Ələmi tənqid etdigi adayların davranışını bəyənmədigini bildirib və sözdə İran Anayasasının çeşitli maddələrinə işarə edərək onları cumhurbaşxanının önündə manea kimi tanıtıb. BayBak artırır ki bu yolda daha iləri gedən cənab Ələmi, İran adlanan ölkənin dini liderinin hərkəsdən üstün olduğuna toxunub və onun əmrinin yerinə gətirilib və ya gətirilməyəcəgi barədə soru verib.
Xatırladaq ki İran adlanan ölkədə son söz dini liderin sözüdür. Cumhurbaşxanı və nazirlər, orqanlar və idarələr hamısı dini liderin əmirlərini, qanuna qarşı olsa bilə yerinə yetirməlidirlər. Bu günə qədər bir neçə dəfə “hükümət hökmü” adı altında dini lideri devlətin işinə qarışıb və öz istədigini yerinə yetirib.
İran adlanan ölkənin anayasasında 110-cu maddəsinə toxunan cənab Ələmi, dini liderin toxunulmaz və ən yüksək səviyədə qərar verən şəxs olduğuna görə soru verib və o maddənin necə uyqulanacağını soruşub.
BayBak artırır ki cənab Ələmi bu bildirisilə İran adlanan ölkənin durumunu dəiyşdiribdir. Bir çoxlu Fars mediası bu bildirini boykot ediblər və bir sırası isə dini liderə yönəlik etirazları senzora edərək qıssa şəkildə yayıblar.
İki Azərbaycanlı aday kimi meydana gələn şəxslərə qarşı təpkilər getdikcə toplanır. Əkbər Ələmi ilə razı olanların sayı çox olsada, ona qarşı olanlarda az deiyldirlər. Ancaq Mirhüseyn Musəvi-ni dəstəkləyən şəxslərin sayısı başlanqıcdan azdır və getdikcədə azalmaqdadır. Ama, cənab Musəvinin arxasında bir çoxlu Fars yetkilisi durub və hətta dini lider olna dəstək verməkdədir, ancaq cənab Ələmi hər tərəfdən atəş altındadır və hətta millətçilər tərəfindən ağır ittihamlar və etirazlarla qarşı qarşıyadır.
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir