- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Nədən Əkbər Ə´ləmi rejim və müxalifət tərəfindən baykot edilir? - Güntay Gəncalp

BayBək, Azərbaycan | Wednesday, 15th April , 2009 , 23:25 [pm] | Məqalə-Yazi

. Sual: Bəzi “milli” təşkilatlar və adamlar Ə´ləmi bəy daxil olmaqla seçimi baykot etmə fətvası çıxarırlar. Unları necə dəyərləndirmək olar?

Cavab: Bunlara cavab vermək üçün M. Ə. Sabirin “Çırmanırıq keçməyə çay gəlməmiş— Başlayırıq qızmağa yay gəlməmiş” nəsihətinə xatırlamaq lazımdır. Hər iş öz yerində edilməlidir. Baykot lazım olarsa, onu Ə´ləmi bəylə bir yerdə seçimə 2-3 gün qala edərik. Bilirsinizmi bizim millətin bu siyasi təşkilatlarla bağlı çox yaxşı təcrübələri var. Son 50 il içində bu siyasi təşkilatlar əsəbi və elmsiz rəftarları ilə çox zərər verib və millətin gözündən düşmüşlər. Milli hərəkət adına qurulmuş olan



Sual: Bu seçimin digər seçimlərdən fərqi nədir?

Cavab: Bu seçimdə daha öncə əsla şahid olmadığımız bir hadisə baş vermişdir. O da bir namzədin Tehranda deyil, Təbrizdə öz adaylığını açıqlamasıdır. Bilirsiniz ki, həm Pəhləvi rejimi, həm islam rejimi Azərbaycanın tarixyaratma özəlliyindən daima qorxmuşlar. Bu üzdən də Azərbaycanın siyasi-ictimai həyatdakı əhəmiyətini müxtəlif metodlardan yararlanaraq azaltmağa və ya bütünüylə söndürməyə çalışmışlar. Səttarxan, Xiyabanı, Pişəvəri hadisəsindən sonra Təbriz mərkəzli ən böyük hərəkət Şəriətmədarinin liderliyindəki hərəkət olmuşdur. Ancaq təəssüf ki, Şəriətmədaridə milli iradə və qətiyət yox idi. Bu üzdən də çox zərərə uğradıq. Islam rejimi Azərbaycanın potansiel imkanlarından xəbərdar olduğu üçün Təbrizin siyasi olaylara qatılma imkanlarını sıfırlamağa çalışmışdır. Özəlliklə 2006-ci il Təbriz mərkəzli bütün Azərbaycan şəhərlərindəki qiyam rejimi qorxuya salmışdır. Bütün bunların hamısı rejimin türk milli kimliyi ilə bağlı necə davranacağına ipucu verirdi. X prezident seçimi yaxınlaşır. Bu seçimlərin heç bir iqtisadi, siyasi məsələni həll etməyəcəyini hər kəs bilir. Sadəcə rejim bu vasitə ilə özünə saxta yollarla məşruiyət (leqallıq) qazanmaq istəyir. Baxırıq prezidentliyə namzəd olanlara, görürük ki, hamısı bu rejimin istədikləri adamlardı. Ancaq biri fərqlənir. Bu fərqli adam da fərqli davranır. Fərqli davrandığı üçün həm rejimin, həm də İranı yalnız farslardan ibarət olaraq görən sözdə opozosionun baykot və saldırı hədəfinə tuş olmuşdur. Əkbər Ə´ləminin fərqli davranmasının zirvəsi prezidentliyə namzədliyini Təbrizdə açıqlaması olmuşdur. Bu onu göstərmişdir ki, həm Pəhləvilərin, həm islam rejimin Təbrizin tarixi heysiyəti ilə oynamalarına rəğmən, Təbriz yenə də böyük ictimai hadisələrin mərkəzi olmağa hazırdır və bu iş üçün lazım olan kadrları da vardır. Ə´ləmi bəyin Təbrizdə namzədliyini açıqlaması rejimin və sözdə müxalifətin qəzəbinə səbəb olmuşdur. Bu üzdən də sanki Ə´ləmi adında heç bir aday yoxmuş kimi davranırlar. Ə´ləmi bu davranışı ilə sadəcə Azərbaycan türklüyünün milli iradəsinə dayanmamışdır. İranda yaşayan bütün Türklərin və digər qövmlərin istəklərinə tərcüman olmuşdur. İranı yalnız fars dilindən və fars millətindən ibarət olaraq görən rejim isə Ə´ləminin bu davranışından çox qızqındır. Böyük ehtimala görə Ə´ləmi bəyə səlahiyət də verməyəcəklər.

Sual: Ə´ləmiyə səlahiyət verməslər necə olacaq?

Cavab: Necə olacağı ilə bağlı Ə´ləmi bəy özü çox gözəl açıqlama yapmış. Ə´ləmi deyir ki, mənə səlahiyət verməsələr də biz qalibik, çünkü bizim hədəfimiz haqqı bəyan etməkdir və haqq hər zaman qalibdir, zahirən məğlub görünsə də haqq qalibdir.

Sual: Ə´ləmi bəyin bu açıqlamasından nə anlamaq olar?

Cavab: Bunu anlamaq olar ki, Ə´ləmi bəy bir vicdan adamıdır. Bunu anlamaq olar ki, o əzənlərin yanında deyil, əzilənlərin yanındadır. Gerçəkdən niyə belə də olmasın? Məgər Ə´ləminin arxasında Səttarxanlıq tarixi durmurmu? Yəni Ə´ləmi bəyin sözləri bunu anladır və bu günə qədər şahid olduğumuz əmməlləri də sözlərini təsdiqləmişdir. Görək bundan sonrakı əməlləri və söyləmləri necə olacaq?

Sual: Ə´ləmini bu davranışlarına görə incitməzlərmi?

Cavab: Yox, incidə bilməzlər. Elə bir xətanı bu rejim etməz. Elə bir xəta edərsə bu rejim, o zaman Azərbaycan tarixi və İranda yaşayan bütün türklük Ə´ləmiyə sahib çıxar, sahib çıxmalıdır. Rejim Azərbaycanın gücünü bilir. Yəni rejim əslində onu ortadan qaldıərmaq da istər, ancaq o zaman Ə´ləmi bir tək fərd olmaqdan çıxar və bütün tarixə və milli kimliyə aid olar.

Sual: Ə´ləminin “Azərbaycan mənim təşkilatımdır” söyləmini necə anlamaq mümkündür?

Cavab: Bilirsiniz bu günkü rəsmi Azərbaycan iki vilayətdən ibarətdir. Təbriz və Urmiyə. Yəni bu iki vilayətə dayanırsa Ə´ləmi bəy, o zaman 3-4 milyon arasında səs ala bilər. Ancaq 3-4 milyon səslə prezident olmaq olmaz. Ən az 20-30 milyon arasında səs qazanmalıdır. O zaman Ə´ləmi bəyin söyləmində Pəhləvi və islam rejimi tərəfindən parçalanmış olan Azərbaycan bir bütün olaraq görünür. Yəni Azərbaycanın tarixi coğrafiyasına dayanaraq 20-30 milyon arasında səs qazana bilər. Bunun üzərinə bir də Ə´ləmi bəyin söyləminə dəstək verən türkmənlər, ərəblər, lorlar, bəluçlar və digər qövmlər var. Yəni Ə´ləmi 40 milyon səs qazana bilər bu söyləmləri ilə. Bu gün İranın içində var olan Azərbaycan tanıdığımız iki ustandan ibarət deyil. Mən Ə´ləminin söyləmindən bunu anlayıram. Tehran, Qəzvin, Zəngan, Həmədan, Ərak, Ərdəbil Azərbaycanın tarixi coğrafiyası olmuşdur. Ə´ləmi bəyin də söyləmi bunu isbatlar yöndədir. Yoxsa iki ustana dayanan Ə´ləmi böyük siyasi olaylara qatıla bilməz. Onun bu söyləmi göstərir ki, hələ açıqlamadığı və ya gələcəkdə açıqlayacağı önəmli projələri var.

Sual: Bəzi “milli” təşkilatlar və adamlar Ə´ləmi bəy daxil olmaqla seçimi baykot etmə fətvası çıxarırlar. Unları necə dəyərləndirmək olar?

Cavab: Bunlara cavab vermək üçün M. Ə. Sabirin “Çırmanırıq keçməyə çay gəlməmiş— Başlayırıq qızmağa yay gəlməmiş” nəsihətinə xatırlamaq lazımdır. Hər iş öz yerində edilməlidir. Baykot lazım olarsa, onu Ə´ləmi bəylə bir yerdə seçimə 2-3 gün qala edərik. Bilirsinizmi bizim millətin bu siyasi təşkilatlarla bağlı çox yaxşı təcrübələri var. Son 50 il içində bu siyasi təşkilatlar əsəbi və elmsiz rəftarları ilə çox zərər verib və millətin gözündən düşmüşlər. Milli hərəkət adına qurulmuş olan təşkilatlarda keçmiş sağ-sol təşkilatların davranışlarına tanıq olmamalıyıq. Tələm-tələsik qərar verməklə bir işlər görmək olmaz. Milli sahə bir fərdə, bir təşkilata xas deyil, çünkü milli mübarizə əskidən olduğu kimi bir ideoloji mübarizə deyil. Millətin bütün təbəqlərinin dünyagörüşündən asılı olmayaraq bu mübarizəyə qatılmaq haqqı var. Ancaq xatırlayırsınız, daha əskidən olan təşkilatların ideologiyalarını qəbul etmədən o təşkilatın tərəfdarı olmaq olmazdı. Ona görə çox diqqətli davranmaq lazımdır. Kimsə zənn etməməlidir ki, bu hərəkət onun və ya onun təşkilatının inhisarındadır, ya da belə olmalıdır. Buraxalım millət demokratik mübarizəni də təcrübə etsin.Demokratik yolla haqqını istəməni təcrübə etsin. Doğrudu İranda demokratiya yoxdur və bu sistemlə ola da bilməz. Ancaq biz bu seçim yoluyla inqilab etmək istəmirik. Minimal istəklərimiz yolunda mübarizəni təcrübə etmək istəyirik.

Sual: Xarici ölkələrdə özünü müxalifət olaraq tanıdan və İranda demokratiyadan yana olan müxalifət nədən Ə´ləmi bəyi əzməyə çalşırlar?

Cavab: Xaricdəki müxalifət kimdir? Keçmişdə kommunist, şahsevər, mücahid olmuş və Qərbə sığınmış dəstələrdir. Bunların türk milli kimliyinə qarşı mövqeləri istisnasız olaraq eynidir. Artıq bir mücahidlə bir şahpərəstin heç bir fərqi yoxdur. Bir hizbullahla bir kommunistin heç bir fərqi yoxdur. Bunlar çox duyarlıdırlar. Harda görsələr ki, türk kimliyi və Azərbaycan məsələsi ilə bağlı kiçik bir işıq parlamağa başlamış, onu söndürmək üçün dərhal əl-ələ verirlər. Bu üzdən də görürük ki, kommunistlərlə şahpərəstlər, mücahidlər, hizbulla eyni cəbhədə Ə´ləmiyə qarşıdırlar. Burada söhbət sadəcə Ə´ləmi bir fərd olaraq deyil. Burada əsas olan odur ki, Ə´ləmi öz namzədliyini Tehranda deyil Təbrizdə açıqlamış və Azərbaycan adına da bir kiçik söyləm gəlişdirmişdir.

Sual: Ə´ləminin dövlətin güvənlik orqanlarında çalışmasını tənqid edirlər.

Cavab: Ə´ləmi bir yerdə çalışmalı idi. Gedib fəhləlikmi edəcəkdi. O dövlətə bizim millət vergi verir, torpaqlarımızdan bu rejim qidalanır, əlbəttə ki, bəlli yerlərdə işləyənlər də olacaq. Ə´ləminin güvənlik orqanlarında çalışması onun mənfi tərəfi deyil, müsbət tərəfidir. Biz makina haqqında danışmırıq ki, insan haqqında danışırıq. İnsan harda çalışmasından asılı olmayaraq onun vicdanında ədalət anlayışı oyana bilər. Bunun örnəklərinə tarixdə çox rast gəlmişik. Ayrıca, bizim milli haqqımızı istəməyimiz sadəcə bu dövlətə qarşı deyil. Biz öz vicdanımızdakı, tariximizdəki və dilimizdəki sınırın içində yaşayan insanların milli kimliyini, iqtisadi dirçəlişini istəyirik. Yəni “Heydər babaya salam” əsərinin oxunub anlaşıldığı bir coğrafiya var. O coğrafiyada insanlarımızın insan kimi yaşamalarını, demokratiyadan, insan haqlarından bərxurdar olmalarını və azad düşünmələrini istəyirik. Bu istəyə qatılmaq üçün bir fərd öz həyatında müxtəlif yerlərdə çalışa bilər. Bu sahə açıq bir ədalət sahəsidir. Hər kəs istəsə gələ bilər.

Güntay Gəncalp
15.04.2009

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

==========
Buna bağli olan yazılar


Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4580.azr
azeribaybak[at]gmail.com