- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İran adlanan ölkədə cumhurbaşxanlığına aday olanların Təbriz qorxusu!

BayBək, Azərbaycan | Friday, 17th April , 2009 , 22:50 [pm] | İç Xəbərlər

. Azərbaycanda Kürd sorununa təpkiləri hesablamaq üçün Tikantəpə (Təkab) şəhərində Kürd əsilli bir İraqlı şairın heykəlinin qurulacağını meydana sürən Fars hakimiyəti, təpkilərin geniş olduğuna şahid olduqdan sonra hiləkarlığa başlayıb və sözü gedən heykəli ucaltmaqda gecikmə yaradıb və Şəhriyar-ın heykəlin və bir əsgər heykəlin hazırlamaqdadır ta desin ki Tikantəpədə çeşitli heykəllər ucadılacaqdır və Şəhriyar ilə Kürd əsilli şairin heykəli ədəbiyata önəm vermək üçün ucadılacaqdır! Ama ədəbiyata önəm vermək üçün, Kürd şəhərlərində heç bir Türk şairinin heykəli ki yox, adı bilə dilə gətirilmir!


İran adlanan ölkənin 10-cu cumhurbaşxanı seçkilərinə 2 aydan az zaman qalır və adaylar rəklam amaclı gəzilərini başlayıblar. Qalan zaman içində nələr baş verəcək sorusuna cavab vermək çətin olsada, gərçək olan bir olaydan vaz geçmək olmayacaqdır! O da budur ki bu günə qədər adaylıqlarını bildirən, və ya aday olacaqları söz qonusu olan şəxslərin heç biri, Dr. Ələmidən suvay, Təbriz gəzisinə çıxmayıblar!

BayBak artırır ki adayların biri, Dr. Əkbər Ələmi öz adaylığını Təbrizdən elan edib və Azərbaycanı öz təşkilatı kimi söyləiyb.

İran adlanan ölkənin siyasətində Kürdlərə hər zaman özəl yer verilmişdir. Kürdləri Azərbaycana köçürmək və Türk torpaqlarını onlara təslim etmək bu siyasətlərdən biri sayılır. Ama, Kürdlərə Farsların bir bölümü olaraq yaxlaşan Fars şovonistləri, sözdə onlarla savaşdadırlar!

İlginc olaraq, Fars sisteminə qulluğ edən adayların ikisi, Mehdi Kərrubi və Mirhüseyn Musəvi, Batı Azərbaycanda şubhəli fəaliyətlərə başlayıblar. Cənab Kərrubi Batı Azərbaycana gedərək Kürdləri bağrına basıb, terrorçu qurup başxanı olan Məsud Barazani ilə qol-boyun əks çəkib və Batı Azərbaycan şəhərlərində paylayıb və şiə Kürdlər ilə sünni Kürdlər arasında dostluq yaradacağam şuarı adına bir neçə gizli toplantı keçirib.

Mirhüseyn Musəvi isə Batı Azərbaycan qərargahına Kürd olan və terror quruplarının simpatı olan şəxsləri sorumlu seçir. Dilinə Azərbaycan gətirmədən Kürdüstan və Kürd qardaşlarından söz edir.

Xatırladaq ki son zamanlarda İran adlanan ölkənin xarici siyasətlərində inanılmaz dəiyşim anlaşılır. O da budur ki Kürdlərə İraq-ın quzeyində və Türkiyənin quzey-batısında tam anlamında dəstək verilir. Kürdlərin terrorçu quruplarına yardım etmək və onları Azərbaycan torpaqlarına yürütmək, bölgəyə silah sursat gətirmək və devlətlərarası gizli toplantıların hamısı bu siyasətin göstərgəsidirlər.

Demək Fars hakimiyəti çalışır ta Azərbaycana qarşı, Türklərə qarşı və özgürlügə qarşı Kürd kartını meydana atsın. Əgər Kürdlərə verilən önəm artmışdırsa, demək pərdə arxası daha güclü ilişkilər qurulmuşdur. Fars-Kürd yaxınlaşmasının bir tək sonucu olacaqdır və o da Azərbaycan və Türklərin daha çox köçdürülməsi və əzilməsidir.

Adayların Təbrizə gəlməmək qorxusu isə elə bu olaylardan qaynaqlanır. Kürdlərin yayılması və terrorla işqalçılıq siyasəti yürütməkləri ötən illərdən Azərbaycanda milli fəallar arasında çox dərin şəkildə tartışmaya qoyulmuşdur. Kürdlərin xəyanətləri və cinayətləri milli hərəkatda gündəmdən çıxmır və onlara qarşı olan hissiyatlar güclənməkdədir. Bu gərçəkləri bilən adaylarsa, Kürdlərlə işbirligində olduqlarından qorxub və Təbrizə gəlməkdən imtina edirlər.

Azərbaycanda Kürd sorununa təpkiləri hesablamaq üçün Tikantəpə (Təkab) şəhərində Kürd əsilli bir İraqlı şairın heykəlinin qurulacağını meydana sürən Fars hakimiyəti, təpkilərin geniş olduğuna şahid olduqdan sonra hiləkarlığa başlayıb və sözü gedən heykəli ucaltmaqda gecikmə yaradıb və Şəhriyar-ın heykəlin və bir əsgər heykəlin hazırlamaqdadır ta desin ki Tikantəpədə çeşitli heykəllər ucadılacaqdır və Şəhriyar ilə Kürd əsilli şairin heykəli ədəbiyata önəm vermək üçün ucadılacaqdır! Ama ədəbiyata önəm vermək üçün, Kürd şəhərlərində heç bir Türk şairinin heykəli ki yox, adı bilə dilə gətirilmir!

Artıraq ki Azərbaycanda və özəlliklədə Təbrizdə seçkilərə qarşı olan təpkiləri anlamaq zordur. İran adlanan ölkənin başqa bölgələrində seçkilərin həyacanı yaşansada, Azərbaycanda şübhələrə nədən olan susqunluq vardır. Hakimiyət bu susqunluqdan əndişə edir və Doğu Azərbaycan üçün seçkiləri yetkilisi olan qurum olaya munasibət bildirib və bu bölgədə seçkilərin həyəcanını yaratmaq üçün dini liderə məktub göndərib. Məktubda belə önərilibdir ki Əli Xamnei, İran adlanan ölkənin sözdə Türk kökənli olan dini lideri Azərbaycan barəsində çıxış edərək, o bölgənin önəmini, hamının seçkilərə qatılmalı olduğunun vacib olduğunu elan etməlidir. Adayların dini lider ilə gizli görüşlərində isə bu qonu tratışmağa qoyulmuşdur.

BayBak

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

==========
Buna bağli olan yazılar


Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4591.azr
azeribaybak[at]gmail.com