- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Güney Azərbaycanlılar xaricdə İran səfirliginə gedib səs verəcəklər!
BayBək, Azərbaycan | Saturday, 18th April , 2009 , 01:09 [am] | İç Xəbərlər
![]() |
. | Bu faktlara göz yuman sözdə xaricdə yaşayan milli fəallardan suruşulur ki aya özləri yaşadığı ölkələrdə İran adlanan ölkənin səfirliginə ayaq basıb, özlərinə İranlı deiyb və yalançı seçkilərə qatılacaqlar ya yox?
Əgər cavab “HƏN” olursa, demək onların illər boyu danışdıqları sözlər hamısı yalan və aldatmacayimiş, əgər cavab “YOX” olursa, nədən içəridə yaşayan soydaşlarımızı bu oyuna girməgə dəvət edirlər? |
İran adlanan ölkənin 10-cu cumhurbaşxanı seçkiləri munasibətilə müsbət görüşdə olan milli fəallar birgə qərara gəliblər ta yaşadıqlaqı ölkədə İran adlanan ölkənin səfirliklərinə gedib, İran milli kartı alıb və səs verələr!
Bu xəbər doğru dəiyldir, ancaq durumu anlatmaq üçün yazılması gərəkir. Çünkü bir sıra adlım milli fəal rəsmən Fars hakimiyətinin istədigi reklamlara baş əyməgə hazırlaşıblar və hətta içəridə yaşayan soydaşlarımızıda səs verməgə dəvət edirlər!
Azərbaycan Milli Hərəkatı adına bir çoxlu adsız-sansız qurum yaranıb və seçkilərlə bağlı bildirilər yayırlar, ancaq özlərinin inanmadığı yalanları, millətimizə inandırmağa çalışırlar.
Söz burdadır ki İran adlanan ölkədə heç bir seçki azad keçirilməz, Fars üstünlügünə zərbə vuran adaylar səlahiyət ala bilməz və İran çərçivəsində millətlərin asimilə edilməsi dayanmaz.
Bu faktlara göz yuman sözdə xaricdə yaşayan milli fəallardan suruşulur ki aya özləri yaşadığı ölkələrdə İran adlanan ölkənin səfirliginə ayaq basıb, özlərinə İranlı deiyb və yalançı seçkilərə qatılacaqlar ya yox?
Əgər cavab “HƏN” olursa, demək onların illər boyu danışdıqları sözlər hamısı yalan və aldatmacayimiş, əgər cavab “YOX” olursa, nədən içəridə yaşayan soydaşlarımızı bu oyuna girməgə dəvət edirlər?
İki üzlü və iki standartlı davranışlarıyla millətçilər arasında çaşqınlıq yaradan GünAz TV isə rəmən Dr. Əkbər Ələminin bəhanə edərək Fars rejiminə leqallıq qazandırmağa cəhd edir. Son zamanlarda Azərbaycanın müstəqilligindən uzaqlaşıb və federalismə yapışan belə məsulların yaratdığı təhlükəli ortam getdikcə sorun yaratmaqdadır. Azərbaycanın gələcəgini başqa devlətlərin əmri ilə tez tez dəiyşmək olduqca qəbul olunmaz işdir.
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir