- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Mirhüseyn Musəvi Türklərdən uzaq duraraq Ərəb savaşçılarına dəstək verəcəgini bildirib!

BayBək, Azərbaycan | Wednesday, 22nd April , 2009 , 15:02 [pm] | İç Xəbərlər

. Kürdlər, Ərəblər və Bəluçlar kimi silahlı savaşda olan hörgütlərin hamısı İran adlanan ölkənin siyasətində söz sahibi olmağı başarıblar, ancaq Azərbaycanlı fəallar qorxuya qapanaraq mədəni danışıqlara məhdud olub və milli haqlardan həzinə verməkdələr.

Xatırladaq ki son aylarda seçkilərə aday olanlar çeşitli bölgələrə gedərək Türklərdən başqa hamıya dəstək olacaqlarını isbat ediblər! Hətta Mehdi Kərrubi Zəngan şəhərində öyrəncilərin



İran adlanan ölkənin güney-batı bölgələrində Ərəblər yaşayarlar. İllərdir Fars hakimiyətinin işqalı altında olan Ərəblər, zaman zaman silahlı savaşada əl atıblar.

10-cu cumhurbaşxanlığına aday olan, sözdə Türk kökənli olan Mirhüseyn Musəvi rəklam amaclı gəzilərində Azərbaycandan uzaq duraraq başqa bölgələrə səfərdədir! Bəlkidə Azərbaycana gəlməsini ən sona saxlamışdır!

BayBak-ə gələn bilgilərə görə, Ələhvaz (Farslaşmış olan Xuzistan) bölgəsinə səfərdə olan cənab Musəvi, oralarda hörgütləşmiş olan “Ləcnətül Vİfaq” adlı qurum yetkililərilə görüşüb. Adı gedən qurum silahlı savaşda əli olan qurumlardandır ki Ərəblərin özgürlügü yolunda mucadilə verir. Ancaq bəlli zamanlar federalçılıqdanda yana olduğunu bildirmişdir!

Sözü gedən görüşdə Mirhüseyn Musəvi Ərəblərin haqlarının verilməsinə daiyr sözlər verib və hətta adı gedən hörgütün çabalarını məntiqə sığan dəyərləndirib və onların səsini duyduğunu bildirib!

Artıraq ki islahatçı blokundan olan adaylar çalışırlar ta Fars olmayan millətlərin çeşitli qurumlarıyla ilişkilərini gücləndirsinlər və onların səsini qazanaraq bölgələrdə susqunluq yaratsınlar.

BayBak xatırladır ki Kürdlər, Ərəblər və Bəluçlar kimi silahlı savaşda olan hörgütlərin hamısı İran adlanan ölkənin siyasətində söz sahibi olmağı başarıblar, ancaq Azərbaycanlı fəallar qorxuya qapanaraq mədəni danışıqlara məhdud olub və milli haqlardan həzinə verməkdələr.

Xatırladaq ki son aylarda seçkilərə aday olanlar çeşitli bölgələrə gedərək Türklərdən başqa hamıya dəstək olacaqlarını isbat ediblər! Hətta Mehdi Kərrubi Zəngan şəhərində öyrəncilərin haq sorularına “Azərbaycanda cavab verilsin” diyə qarşılıq verib. Onun görüşündə Zəngan şəhəri Azərbaycan sayılmamaqdadır! O hətta Kürd terrorçuları ilədə görüş aparıb və çalışır ta Seyyid Məhəmməd Xatəminin qurduğu bağları qorusun və Kürd terrorçuları ilə Azərbaycan üstündə muamilə etsin!

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

==========
Buna bağli olan yazılar


Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4631.azr
azeribaybak[at]gmail.com