- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
15 soru, Əkbər Ələmi və İran adlanan ölkə!
BayBək, Azərbaycan | Sunday, 26th April , 2009 , 04:47 [am] | Məqalə-Yazi
![]() |
. | İnanırıq ki cənab Ələmi və onu himayə edənlər bu sorulara heç bir zaman cavab verə bilməyəcəklər, və ya cavab verməkdən qaçacaqlar. Çünkü bu soruların cavabı İran adlanan ölkədə işqal altında yaşayan Azərbaycanlıların gələcəgi və kimlikləri barədədir. Hər tür ziddiyətli addım, davranış və siyasət bu sorulara cavab verməklə aşkar olacaqdır və seçicilər kimə və nəyə səs vermək istədiklərini biləcəklər. Ona görədə aldatıcı qurumlar seçicilərə gərçək bilgi verməkdən qaçıb və yalanlarına davam edəcəklər. |
Bu sorular iki ay öncə milli fəallara verilib və onların cavabı üzrə bir çoxlu qərarlar alınıb. İndiki duruma baxaraq bu soruları BayBak sitəsinin oxucularıylada paylaşmaq istədik. Hər kəs özgürdür ta öz düşüncəsinə uyqun olan cavabları arasın və ona görədə qərar versin.
Bu sorular cənab Əkbər Ələmi və onu himayə edənlərə çeşitli kanallardan göndərilibdir ama mələsəf o cəbhənin tərəfindən heç bir cavab əldə olunmayıb. Artıraq ki bu sorulara bir sıra şəxs öz adlarına cavab göndərib və öz mövqeiyətlərini bildiriblər. Hətta BayBak toplumuna yönəlik bir sıra təhdid edici yazılarda yayınlanmışdır.
15 soru:
1- Onun İran adlanan ölkənin siyasi tərazısında olan ağırlığı necə izah oluna bilər?
2- Onun İran adlanan ölkənin hakimiyə içi ilişkiləri necədir?
3- O İran adlanan ölkədə Farslaşmaq siyasətinə inanır, yoxsa ona qarşı duracaq?
4- Onun Azərbaycan adına meydana gəlməsi Azərbaycan maraxlarına yönəlik bir addımmıdır yoxsa mərkəzdə dəstəksiz olmaqdanmı qaynaqlanıb?
5- Çalışmaq üçün yetərincə ilişki qaynağı və güc mərkəzinə söykənən yandaşı var mıdır?
6- İran adlanan ölkədə qanun laiyhələrinin təqdim olunması və qəbul olunması prosesinə qatılacaqmı yoxsa var olan qanunları qane edici bilir?
7- Dini lider ilə arası necədir?
8- Əgər Azərbaycan millətini aldatmağa gəlibdirsə, ödənəcək həzinənin (özü və Azərbaycan milli hərəkatı tərəfindən) nə olacağını necə izah edir?
9- Onun cumhurbaşxanlığı dönəmində Azərbaycan Milli Hərəkatı insan haqları çərçivəsində bir sıra istəklər ortaya qoyarsa, onları necə qarşılayacaq?
10- İllərdir Azərbaycana və Türklügə qarşı olan təziyqləri necə qarşılayacaq?
11- Fars-Şiə və ondan xaric olan insanlar və millətlərə qarşı yapılan ayrı-seçkiligə qarşı nə edəcək? (Bildiginiz kimi, İran adlanan ölkədə birinci sınıf vətəndaş olmaq üçün Fars və Şiə olmaq lazimdir, ikinci sınıfda isə Fars-sünni, erməni, zərdüşt v.s gəlməkdədir, üçüncü sınıfda isə qyeri Fars-şiələr gəlir, və ən aşağılanmış duruma gələnlərsə bu kateqorilərdə yer almayanlar olurlar)
12- Azərbaycandan alınan və Fars bölgələrdə qurulan iqtisadi alt yapıları necə geri qaytaracaq?
13- Azərbaycan torpaqlarına yönəlik yad axımına qarşı nələr edəcək?
14- Azərbaycan adının çoxlu bölgədən silinməsinə qarşı nə edəcək?
15- Cənab Ələminin siyasi manifestofu, millətlərarası ilişkilərə görə düşüncəsi və o manifesto ilə düşüncəni hayata geçirməsi üçün söykəndigi güc mərkəzləri nədir?
İnanırıq ki cənab Ələmi və onu himayə edənlər bu sorulara heç bir zaman cavab verə bilməyəcəklər, və ya cavab verməkdən qaçacaqlar. Çünkü bu soruların cavabı İran adlanan ölkədə işqal altında yaşayan Azərbaycanlıların gələcəgi və kimlikləri barədədir. Hər tür ziddiyətli addım, davranış və siyasət bu sorulara cavab verməklə aşkar olacaqdır və seçicilər kimə və nəyə səs vermək istədiklərini biləcəklər. Ona görədə aldatıcı qurumlar seçicilərə gərçək bilgi verməkdən qaçıb və yalanlarına davam edəcəklər.
Arzu edirik ki bu sorular xaricdə yaşayan soydaşlarımız tərəfindəndə dəyərləndirilsin və sonuc mediyalara göndərilsin.
BayBak
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir