- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Seçki barədə fikirlərim - Sirus Azadı
BayBək, Azərbaycan | Sunday, 26th April , 2009 , 22:40 [pm] | Məqalə-Yazi
![]() |
. | Son günlər muzakirə mövzusu olan, İran adlanan ölkədə keçiriləcək prezident suçkiləri məsələsi və bu məsələ ətrafında yaranmış ziddiyyətli fikirlər doğrusu məni təssufləndirir. Ona göra təssuflənirəm ki, İranm adlanan bir ölkədə keçiriləcək seçki muzakirəsi, xsusi ilə siyasi və milli düşüncə sahibi olan “soydaşlarımız” tərəfindən çox tartişırılır. |
Deyərli soydaşlarım ve dəyərli Baybək sitəsi!
Son günlər muzakirə mövzusu olan, İran adlanan ölkədə keçiriləcək prezident suçkiləri məsələsi və bu məsələ ətrafında yaranmış ziddiyyətli fikirlər doğrusu məni təssufləndirir. Ona göra təssuflənirəm ki, İranm adlanan bir ölkədə keçiriləcək seçki muzakirəsi, xsusi ilə siyasi və milli düşüncə sahibi olan “soydaşlarımız” tərəfindən çox tartişırılır.
Hamımızın və bütün dünyanın bildiyi kimi bu günkü iran adlanan ölkədə demokrasi-dən danışmaq özünü aldatmaqdan xaric bir şey deyildir. Egər bir ölkədə ki, demokrasi adına heç bir şey yoxdursa və ya hətta demokrasinin iyi-si belə gəlmirsə, başqa bir sözlə desək hamımızın və bütün dünyanın qəbul etdiyi bir nəticə ilə desək iran adlanan ölkədə hakim olan sistem bir şovinist sistemidir-sə! O zaman nedir bu tartışmalar? Hamımız bilirik ki, iran adlanan ölkədə nəqədər ki, şovinist sistem hakimdir heç bir demokratik seçkidən və milli haqlardan və ya milli azadlıqlardam sohbet gedə bilməz. Bunu bilə-bilə əgər yenədə biz bunu tartışırıqsa o zaman problemi özümüzdə axtaraq.
Dəyərli soydaşlarım!
85 ildir dəvam edən şovinist sistemi , xsusi ilə son 30 ildə qeyri fars millətlərə qarşı aparılan qəddarcasaına asimlassiyya siyasəti hamıya aydındır. Bütün bunları bilə-bilə egər yenədə rejim tərəfindən qurulmuş oyunlara və ya kimlərinsə onlara alət olmuş şəxslərin boş-boğazlığına inanaraq bu oyunlara gediriksə, bu deməkdir ki, biz hələdə başımıza gələnlərin mahiyyətin dərk etməmiş, keçmişdə olduğu kimi yenədə səhvləri təkrarlayırıq.
Çoz yaxın keçmişimizə nəzər salarsaq egər, bizə aydin olar ki, seçgi ərəfəsinda bəzi şəxsləri ortaya ataraq onlardan Azərbaycan üçün qəhrəman düzəltməyə və bunun nəticəsində Güney Azərbaycan Türklərin seçki sandıəqlarına cəlb etməyə və özlərinin guya demokratik bir seçki keçirdiklərini bütün sünyaya car çəkməyə, bununla da rejim öz çirkin məqsədinə nail olmağa , həmdə bütün bunlarla yanaşı milli hərəkat içərisində parçalanmanın yaranmasına nail olmuş sayılır.
Dəyərli soydaşlarım!
Düşünürəm ki, yetər deməyimizin zamanı çatmışdır. Daha nə qədər aldanacayıq, daha nə qədər bizə qarşı qurulmuş oyunların qurbanına çevriləcəyik. Yetər deməmizin zamanı çatmışdır.
Nece olur sırf məktəblərdə ana dili təhsilini tələb edən insanlar həbsə alınır və işkəncələrə və hətta qapalı ölümlərə məruz qalır, amma yalnız “seçki” ərəfəsində meydan verilir. Məyər bunları biz keçmişdə təcrübə etmədik mi?, məyər bütün bunlar yetməz mi ki , biz özümüzə qayıdaq və həqiqi mücadilə yolumuzu seçək , dəvam etdirək?!
Son olaraq qeyd etmək istəyirəm ki, demokratik bir sistem və ölkədə, demokratik seçki yolu ilə hər hansi bir dəyişikliyə və ya milli haqlara nayil olmaq olar. Bu gun əgər iran adlanan ölkədə şovinist bir sistem hakimdirsə demək bütün olanlar hamısı bir oyun və aldatmacadan ibarət deyildir. Mən inanıram ki, milli hərəkatın yolçuları heç bir zaman bu oyunlara inanmiyacaq və təxrib edici şəxslərin-də milli hərəkatın içinə daxil olmasına həmçenin gələcəkdə “liderlik” etməsinə emkan vermiyəcəkdir. Nəqədir ki, iran adlanan ölkədə demokratik bir sistem hakim olmayıb, nə qədərki, milli siyasi faliyyətlərə və milli haqlara azadlıq tanınmayıb, iran adlanan ölkədə heç bir vədə və yalanlara inanmağımız bizi yalnız üçrüma götürə bilər.
Inanıram ki, milli yolda mucadilə aparan soydaşlarımız buna yol vermiyəcək , yalanlara və oyunlara inanmiyacaqdır. Bu mucadilə yolunda biz çox şəhidlər vermişik heç kimin bu şəhidlərin qanına xəyanət etməyə ixtiyarı yoxdur. əksi halda Güney AzərbaycanTürkləri, millət onların cəzasın verəcəkdir.
Mucadilə yolunda olan soydaşlarımızın doğru seçim edəcəkləri qənaətindəyəm. Atacağımız hər addım millətimizin və vətənimizin bütövlüyü uğrunda olmalıdır.
Tanri Türk millətinə yar olsun.
Sirus Azadı
26/04/2009
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir