- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Haşimi Rəfsəncani seçkilər barədə dedi: “Səs verən olmazsa bilə sonunda bir nəfər sandıqdan çıxacaq!”
BayBək, Azərbaycan | Monday, 27th April , 2009 , 00:43 [am] | İç Xəbərlər
![]() |
. | cənab Rəfsəncani açıqcasına seçkilərin yalan olduğuna və yeni cumhurbaşxanının seçildiginə işarə edərək dedi ki hətta əgər kimsə səs verməzsədə, hər haldə bir nəfərin adı sandıqdan çıxacaq. Bu sözünə düzəliş gətirmək üçün belə izahat verdiki quya çox az kütlənin səsilədə bir nəfəri seçməgin imkanı olacaqdır. |
İran adlanan ölkənin yönətici mollalarından olan Əkbər Haşimi Rəfsəncani Tehran cümə namazındakı çıxışında 10-cu cumhurbaşxanlığı seçkilərinin önəmindən danışıbdır.
Cənab Rəfsəncani İran adlanan ölkədə 40 milion seçicinin olduğuna toxunaraq 40 milion səs verilməsini arzu etdi. O xatırlatdı ki bu gün hakimiyətin hər zamandan çox səs almağa ehtiyacı vardır və dünyaya bir daha Fars rejimininə leqallıq vermək üçün seçkilərdə iştirak etməgi vacib və gərəkli saydı.
BayBak-ə gələn bilgilərə görə cənab Rəfsəncani açıqcasına seçkilərin yalan olduğuna və yeni cumhurbaşxanının seçildiginə işarə edərək dedi ki hətta əgər kimsə səs verməzsədə, hər haldə bir nəfərin adı sandıqdan çıxacaq. Bu sözünə düzəliş gətirmək üçün belə izahat verdiki quya çox az kütlənin səsilədə bir nəfəri seçməgin imkanı olacaqdır.
Xatərladaq ki İran adlanan ölkədə seçicilərin sayı 42 milion bəlli olunbudur ancaq bu qədər seçicinin olmasına baxmayaraq Fars hakimiyəti seçkilərin boykot olacağından qorxur. Ona görədə hakimiyəti məclisə muraciyət edərək seçicilərin yaş limitini 15-ə yendirmək tələbində bulunmuşdur. Hazırda seçici yaşı 18 olaraq qəbul olunubdur. Artıraq ki çeşitli zamanlarda insanları ələ salaraq seçicilərin yaş limitini azaldılıb və ya çoxaldılıb. Bir sıra uzmanın görüşünə görə, Fars hakimiyəti özəlliklədə Azərbaycanlıların boykotundan çəkinir və çalışır ta başardığı qədər seçkiləri sıcaq göstərsin və az yaşlılarıda sandıq başına gətirsin.
İlginc olan budur ki İslam dininə söykənərək hakimiyəti ələ alan mollalar özləri deiyrlər ki oğlanlar 16 yaşında ağıllanıb və yetişkin olarlar! Ancaq siyasi oyunlarına leqallıq qazandırmaq üçün 15 yaşında uşaqları bilə qullanmağa qalxışırlar! Bir sıra insan haqları qurum belə düşünürlər ki 15 yaşında səs haqqı qazanan uşaqları edam etmək kimi işləmlərin baş tutmasıda mümkün olacaqdır!
, Bir millətin səsi==========
Buna bağli olan yazılar
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir