- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Ərəblərdən Fars hakimiyətinə yeni zərbə, “Ya yazın Ərəb körfəzi, ya boykotla üzləşin”
BayBək, Azərbaycan | Monday, 27th April , 2009 , 18:06 [pm] | İç Xəbərlər
![]() |
. | Ərəb ölkələrin numayəndələri və İslam ölkələrin birlik federasiyası (ISSF)nın başxanı Tehrana gedərək Ərəb ölkələrinin istəkin Fars yetkililərə yetiriblər. İstəkdə belə bildirilibdir ki İran adlanan ölkə gərəkdir ki xəritə və medallarda yapılacaq olan xəritədə “Fars körfəzi” yox, bəlki “Ərəb Körfəzi” yaxud “Körfəz” yazmalıdır. |
İslami ölkələrin idman toplantıları və yarışmaları hər dəfəsində yeni olaylara nədən olur. Fars hakimiyəti bu il “İslami ölkələrin yarışmaları” proqramına ev sahibilik yapma yolunda inanılmaz olayla qarşılaşıb.
BayBak-ə gələn bilgilərə görə, Ərəb ölkələrin numayəndələri və İslam ölkələrin birlik federasiyası (ISSF)nın başxanı Tehrana gedərək Ərəb ölkələrinin istəkin Fars yetkililərə yetiriblər. İstəkdə belə bildirilibdir ki İran adlanan ölkə gərəkdir ki xəritə və medallarda yapılacaq olan xəritədə “Fars körfəzi” yox, bəlki “Ərəb Körfəzi” yaxud “Körfəz” yazmalıdır.
Bu şok istəklə qarşılaşan və ona qarşı çıxan Fars yetkililərinə ikinci zərbə o zaman yendirilibdir ki numayəndələr “belə olmzsa qatılmayacayıq” deiyblər!
İran adlanan ölkənin idman və siyasi yetkililəri ağır şokdadırlar. Aldığımız xəbərə görə bu qonu yüksək səviyəli yetkililər və uzmanlar tərəfindən incələnir ancaq çox ehtimallə Fars hakimiyəti yarışmalara ev sahibligi yapmaqdan vaz geçsin və əgər başqa ölkədə yarışmalar olacaq və orda Ərəb Körfəzi kimi sözlər olacaqsa qatılmaqdan imtina etsin!
BayBak xatırladır ki Ərəb ölkələri Körfəz kənarında yerləşən ölkələrin arxasında duraraq o körfəzi Ərəblərin olduğunu önə sürüblər. Hətta o körfəzdə yerləşən 3 önəmli və stratejik adanında İmarat-ın olduğunu iləri sürüblər. Fars şovonistləri məhz oranın adına görə yox, ki dünyanı şantaj edəcəgi imkanın əldən verilməsi üçün ad dəiyşimilə muxalifətçilik edir. Hətta Fars şovonistlərinin bir sırası o körfəzin adını nə Ərəb və nə Fars olaraq yeni idea verib və İslam Körfəzi, Barış Körfəzi və ya Dostluq Körfəzi kimi adlar önəriblər.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir