- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Farslar əl-ayağa düşüb, körfəz bəhanəsilə Fars üstünlügünə dəstək verən Mirhüsyn Musəvi!

BayBək, Azərbaycan | Tuesday, 28th April , 2009 , 15:45 [pm] | İç Xəbərlər

. Hər il Farsçılığı rəklam edərək çox yüksək səviyədə qutlanan Fars Körfəzi milli günü üçün çoxlu həzinələr verilər və Fars olmayan millətlərin haqları rəsmən ayaqlanar. Bu gündə idarələr, oxullar və mediyalara kəskin təlimatlar verilər.


Dünən xəbərini BayBak-də verdigimiz olay Fars şovonistlərini təlaşa salıb. Ərəb ölkələri “İslami ölkələrin yarışmaları” munasibətilə İran adlanan ölkənin Farsçı rejiminə xəbərdarlıq vermişdir ki əgər yarışmalarda “Fars Körfəzi” qullanırsa onlar qatılmayacaqlar! Habelə Ərəb ölkələri önərmişlər ki “Fars Körfəzi” yerinə “Ərəb Körfəzi” və ya “Körfəz” işə alınsın.

Bu olay Fars hakimiyətinin üst düzey yetkililəri arasında tartışmağa qoyulub və bir sıra qərarlar əldə edilib. BayBak-ə gələn bilgilərə görə, sabah “Fars Körfəzi qurultayı” adı altında ötən illərdən dəb qoyulan sözdə Fars Körfəzinə adanan milli gün qutlanacaq!

Hər il Farsçılığı rəklam edərək çox yüksək səviyədə qutlanan Fars Körfəzi milli günü üçün çoxlu həzinələr verilər və Fars olmayan millətlərin haqları rəsmən ayaqlanar. Bu gündə idarələr, oxullar və mediyalara kəskin təlimatlar verilər.

Sözün etdigimiz qurultaya qatılanlar illər boyu Farsçılıq və Fars üstünlügünü başqa millətlərə təhmil edənlər yer almışlar. Adlardan neçəsi aşağıda yazılıbdır. Qatılanların arasında bir neçə Türk kökənli manqurt yer almışlar ki ən tanış adlardan olan Mirhüseyn Musəvi-ni örnək vermək olar. Mirhüseyn Musəvi İran adlanan ölkənin 10-cu cumhurbaşxanlığ seçkilərinə aday olmuşdur.

- Seyyed Məhəmməd Xatəmi (Molla)
- Əli Əkbər Natiqi Nuri (Molla)
- Mehdi Kərrubi (Molla, 10-cu cumhurbaşxanlığı seçkilərinə aday)
- Mirhüseyn Musəvi (10-cu cumhurbaşxanlığı seçkilərinə aday)
- Əli Əkbər Vilayəti (Fars olmayan bölgələrdən Fars bölgələrinə yönəlik sərvət axımının teorisiyənlərindən)
- Möhsün Rzaiy (İslam Devrimi Qorucuları əski qumandası və “Fars üçgəni” ideasinin yanlılarından)
- Məhəmməd Qalibaf (10-cu cumhurbaşxanlığı seçkilərinə aday))
- Məhəmməd Həsən Gənci
- Əhməd İqtidari
- Sadiq Xırazi
- Abbas Səidi
- Vəziri Samanə
- Piruz Müctehidzadə
- Məhəmməd İbrahim Bastani Parizi (Pan-Fars tarixçi və yazar, çoxlu təhrif edici yazıları var)
- Cəmşid Sədaqət Kiş
- Rəhim Səfəvi
- Məcid Təfrişi
- Əbdülrəsul Xeyrəndiş
- Cavad Səfinəjad
- Qulamrza Səhab

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

==========
Buna bağli olan yazılar


Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4664.azr
azeribaybak[at]gmail.com