- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Qorxu və sevgi - Güntay Gencalp
BayBək, Azərbaycan | Thursday, 30th April , 2009 , 02:51 [am] | İç Xəbərlər
![]() |
. | Barmaqların yalnızlaşmış
Əllərinin içi qumsala dönmüş Xəyallarını küsdürmə, gözəlim Burax uzayların bağrında dolaşsın. |
Barmaqların yalnızlaşmış
Əllərinin içi qumsala dönmüş
Xəyallarını küsdürmə, gözəlim
Burax uzayların bağrında dolaşsın.
Göz yaşlarımla,
Əllərinin içində, bəyaz, yaşıl, qırmızı, sarı güllər əkəcəm
Qırmızı, ruhun və bədənin birləşdiyi rəng
Qanıma qarışıb damarlarımda axar varlığın
Göndərdiyin rəsmlərini itirmişəm
Dənizə qovuşduğun bir rəsim vardı ya
Dalğaların pıçıltısına qarışan gözəlliyini seyr etmişdim
Sarı gül əllərini incitsə mənim əllərimdə ək
Xəyallarının sarsılmasını, saralmasını istəmirəm
Uzaqlar səni ayıramaz oldu içimdən
İçimdə bir sürü “mən” var
Sən ən sevdalısı ilə qarışıb başqalarını ram etdin
…………………….
Pəncərə açıq qalmış, yorğan üstümdən düşmüş
Bədənim tir-tir soyuqdan əsərkən
Savalanın zirvəsindəki bəyaz qar içində röya görürdüm
Yuxuda bir səs duydum, bəlkə Tanrının səsi idi qulağıma pıçıldadı:
“Yorğanı üstünə çəkən bu qadın kimdir?”
İçimdən bir səs qopdu Tanrıya cavab olaraq:
“Anam, anamdırmı?”
Göylərin görünməz qatların bir səs endi savalanın zirvəsində titrəyən varlığıma:
“Yox, bilməz oldun, anan deyil, aaanaaan deeeyiiil
Oooduuuurr, oooo”
Adını içimdə pıçıldadı sonrasızlığın, öncəsizliyin giz dolu səsi:
“Sən yalnız deyilsən, bilmiş ol!”
……………………………………….
Bir dəfə bir əjdəha qadın cildinə girib ruhumu çalmışdı
Sevginin dərinliyindən qorxu çıxmış
Sarmışdı içimi və dışımı.
Könlümün şeiriyətini bir canavar qadın çalmışdı.
Ey uzaqlıq duyğusu!
Heç bir zaman məni tərk etmədin
“Orada”kı qadın röyalarımı yönləndirər oldu.
…………………….
Küçədə izdihamın içində gedərkən səsini duyuram.
Məni arxadan adımla çağırırsan
Dönüb baxıram
Sən yoxsan
……………………………
Gecələr gec yatdığımı bilirsən
Dərin bir dalğınlıq içində küçədən ayaq səsi eşidirəm
Sanki sənin ritminlə yol gedir bu qadın
Pəncərəyə qaçıb baxıram
Küçədə kimsə yoxdur
Bu ayaq səsləri içimdən gəlir
İçimdəsən
Yol gedirsən könlümün həsrət qoxulu küçələrində
…………….
Azadlıq istəyirəm
A. zad- lıq
A. zad-lıq
A- zad-lıq
Azadlığın nəfəsini doldur köksümə
Gizlin xəyallara dalarsan gecələr gec yatdığında, yuxun azdığında
Dodaqlarını göndərərsən uzaqlara, uzaylara
Azadlıq nəfəsini, nəğməsini qulağıma pıçıldar röyalarımda dodaqların.
Məni yalnız buraxmaq istəmirsən
Məni yalnızlığın əsarətindən qurtarmaq istəyirsən.
Azadlıq istəyirəm
Köksünü aç, qəlbinin uzaylarını göstər yorğun gözlərimə
Məni darlıqdan, darısqallıqdan qurtar ey təpədən dırnağadək yaşıl
Qorxunu bitir
İnandır məni sevginin var olduğuna.
Güntay Gencalp
29/04/2009
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir