- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Bir tüfəng almışam - Güntay Gəncalp

BayBək, Azərbaycan | Monday, 11th May , 2009 , 03:32 [am] | Məqalə-Yazi

. “Bir tüfəng satıram, yaxşı bir tüfəng…”*
Nərmin Kamal

Bir tüfəng almışam
Yaxşı bir tüfəng
Gülləsi batıdan doğuya çatır.



Bir tüfəng almışam

“Bir tüfəng satıram, yaxşı bir tüfəng…”

Nərmin Kamal

Bir tüfəng almışam

Yaxşı bir tüfəng

Gülləsi batıdan doğuya çatır.

……………………………..

Nədən mən silaha sarıldığımı

Kim bilmək istəyir bu macəranı?

Uzun macəradır özəti şöylə:

Çevrəmi sarmışdı qaranlıq dünya

Şəriət, cəhalət, axund və molla

Onların əlində gerçək silahlar

Mənimsə qəlbimdə yalnız duyğular.

Hansı duyğular?

Sevmək istəyirdim, sevilmək bir də

Yaşamaq olurmu sevgisiz yerdə?

Qaranlıq məkanda görmək çox çətin

Nəyi sevəcəkdim?

Sevginin bir nəsnə olmadığını

Bilirəm,

ancaq ki, nəsnəsizliyin

Olduğu yerdə də sevgi olmayır.

Çılğınca bir gəncdim xəyalım geniş

Sanki məchul ruhlar içimə girmiş

Məni haldan hala yönləndirirdi.

Beynimdə fikirlər dölləndirirdi.

Hardan gəlmişəm mən, gedirəm hara?

Yoxluqdan varlığa gəlmişəm necə?

Nədir bu gündüzlər, qaranlıq gecə?

Bilmək istəyirəm dünya gizini

Bilməklə müyəssər olur bilinmək

Bilinmək hər kəsin bir istəyidir

Bildikcə bilinmək istəyir insan

Bilgi birikdikcə varlığımızda

Kəndini göstərər bilinmək üçün

Bilmək və bilməmək, fərqi bundadır.

Bilməmək bilinmək istəməz, əvət

Bilsən, bilgi səni bildirəcəkdir

Əgər bilgi axış içindədirsə

İçindəki içlik devinər (1) daim

Devingən bir yerdə duramaz, durmaz.

Yüz kərə quruldum kəndi içimdə

Yüz kərə yıxıldım kəndi içimdə

Kimsə görməz oldu, biləməz oldu

Mən kəndi-kəndimlə savaşa girdim

Bilmirəm kaç kərə ölüb dirildim

Varlıq itib getdi çevrəmdən bəzən

İçimi, dışımı sardı tam yoxluq

Bəzən də yoxluğun yerin doldurub

Içimdə vəhdətə ulaşdı varlıq

“Yoxluq”la “varlıq”ın toqquşmasından

Bəzən də bunların qonuşmasından

“mənlik”im titrədi, qopdu zəlzələ

Sabit bir mənliyə quvuşmaq hələ

Müyəssər olmadı, burxuldu içim

Yaxşısı budur ki, mən şarab içim

Şarab söndürəcək məni, al şarab

İçdim

Həp sürəkli mən şarab içdim.

İçib neçə kərə özümdən keçdim

Keçdiyim yerlərdən nələr aldım mən?

Dəqiq bilməyəcəm, bilirəm ancaq

Durmadı içimdə var olan axış

Bu axış içində min türlü baxış

Mənim varlığımda billurlaşırdı.

İştə bu şəkildə mən düşünürkən,

Bir gün üzərimə gəldi şəriət

Onlar silahlıydı, mənsə silahsız

Təftiş eylədilər məni kaç kərə

Canımı yaxdılar səbəbsiz yerə

Sordular fikrimi sorğuladılar

İçimdə nə qədər özgün fikir var,

Yalnız onun üçün cəza kəsdilər

Düşünməklə məni suçladı onlar

Mənim gəncliyimi yaxıb durdular.

Hər gün şəriətin qaranlığında

Beynim bir əsir tək sandı kəndini

Mənim azadlığım, çox uzaqlarda

Məni səsləyirdi.

Dura bilməzdim.

Burxulub şəriət qaranlığında

Yaşaya bilməzdim, qala bilməzdim.

Bu üzdən işığa qovuşmaq üçün

Düşdüm yollara

İndi yollar məni yollayar hara

O artıq büsbütün bilinməz idi.

Düşdüm yollara.

Apardı yollar,

Yolladılar məni

Çox uzaqlara.

……………………..

Sonra düşündüm ki, silahlanmalı

Silahlı savaşa başlamam gərək

Savaş tekniyini öyrənib gerçək

Şəriət üstünə saldırmaq gərək

……………………

İştə böyləcə mən savaşçı oldum

Bir tüfəng almışam, yaxşı bir tüfəng

Gülləsi Batıdan doğuya çatır

Uçağan tüfəngdir, gecələr uçar

Tehrana, Təbrizə, bir də Məkkəyə

Güllələr sıxar.

Mərmisi sözlərdir, mərmisi sözlər

Qaranlıq gecələr, uçar tüfəngim

Batıdan Doğuya qaçar tüfəngim

Kabilə, Daşkəndə, İslamabada

Bakıya, Təbrizə atəş yağdırar

Mən bir savaşçıyam eheey şəriət

Gəl çıxaq meydana savaşaq birgə

Duello savaşı olsun bu savaş

Min illik tarixi təcrübənlə gəl

Götür keçmişini heç yubanma, gəl!

Gedək də Məkkədə atışaq, orda

Şeytana daş atan minlərcə insan

Baxıb görsünlər ki, savaşçı kimdir

Kim yaxşı öyrənib silah atmağı?

Kim kimin alnından vuru gülləni?

Min ildən artıqdır hər il bir kərə

Yığışıb şeytana daş atan korlar,

Bir dəfə şeytanı vuramamışlar.

Onlar bir dəfə də hədəfi düzgün

Tutamamışlar.

Hər il şeytan gülüb keçəl başlara.

Göstərəcəm sizə necə vurulur,

Görünməz hədəflər tam ortasından.

Ölkədən ölkəyə qovdunuz məni

Düşüncəm uğruna soydunuz məni

Doğru, mən yaralı bir savaşçıyam

Hələ də yaramdan qan axıb gedir

Ancaq bilmiş olun silahlanmışam

Hədəfi çox dəqiq vururam artıq

Gəlin, sizə meydan oxuyuram mən

“Silahlı əsgərəm mən də bu gündən”

Əgər siz Məkkəyə gəlməsəniz də

Qorxub yuvanıza çəkilsəniz də

Batıdan Doğunu vura biləcək

Tüfəngimlə sizi tuşlayacağam.

Artıq mərhəmətim sona çatmışdır.

Atəş………Atəəəəəş

…………………………………………

Bir tüfəng almışam, yaxşı bir tüfəng

Gülləsi Batıdan Doğuya çatır.

2007. Payız

…………………………………………
(1) Devinmək- hərəkətlənmək

* Tüfəng

Tüfəng satıram, əla bir tüfəng
qısalüləlidi, ağzı nikelli
on dörd kalibrli

Onu çoxları istəyib məndən
verməmişəm
yaxşı mal yaxşı adam üçündü - demişəm,
sənin kimi bir müştəri gözləmişəm

Onunla kimi istəsəz…

Gözəgörünməzləri də qadirdi vurmağa mənim tüfəngim
məsələn, az buludlu bir gündə
Allahı öldürmək fikrinə düşsən
və səmaya tuşlasan mənim tüfəngimi
masmavi göylərə… çəksən tətiyi
bir dəqiqə keçməz ki
düz yanında yerə GUPP edib bir meyit düşər…

Gerisini həll etməksə sənə düşər
ya bir çala qazıyıb gömmək onu
ya bir şoran bataqlığa atmaq
gecənin bir aləmi
dəfnə ağacları əndişə qoparacaq qəsəbədə…
ya da heç gizlətməmək: bağırmaq ki, mən
bu gecə bu tüfənglə
Allahın özünü vurmuşam, güllələmişəm Allahı
Ürəyinin nə bilim hansı mədəciyindən dəlib keçib.

Hələ heç bir məcəllədə yoxdur
yazılmayıbsa da cəzası belə cinayətin
sənin azadlığın,
mənim tüfəngim

Nərmin Kamal
2004

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4751.azr
azeribaybak[at]gmail.com