- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

MÜSAVAT İRAN-A QARŞI PİKET KEÇİRDİ (Əks)

BayBək, Azərbaycan | Tuesday, 2nd June , 2009 , 16:56 [pm] | İç Xəbərlər

. Üstəlik, ölkədə Azərbaycan türklərinin milli-mədəni hüquqlar uğrunda apardığı mübarizəyə qarşı xüsusi bir repressiya rejimi qurulub. Bunun nəticəsində onlarla mübariz insan zindanlara atılıb və işgəncələrə məruz qalıb.

Müsavat Partiyası İranın qonşu Azərbaycana qarşı bu cür qeyri-etik və iki ölkə arasındakı qonşuluq ənənələrilə uzlaşmayan hərəkətlərinə etirazını bildirir və bunlara son qoyulmasını qətiyyətlə tələb edir”.



Polis aksiya iştirakçılarını Iran səfirliyinin önünə buraxmadı!

İyunun 2-də Müsavat Partiyasının fəalları İranın Bakıdakı səfirliyi önündə etiraz aksiyası keçirib.

Aksiya başlamazdan əvvəl İran səfirliyinin yerləşdiyi küçə polis nəzarətinə götürülüb. Saat 11:30-da Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, millət vəkilləri Arzu Səmədbəyli, İkram İsrafil və digər aksiya iştirakçıları İran səfirliyinə doğru yürüşə başlayıb. Ərazidə olan polis qüvvələri aksiya iştirakçılarını səfirliyin önünə buraxmayıb.

Polisin təzyiqlərinə baxmayaraq, Müsavat fəalları aksiyanı Axundov parkında davam etdiriblər. Piketdə çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı İran dövlətinin Azərbaycan Respublikasının suverenliyinə yönəlik çıxışlarını qətiyyətlə pisləyib. Belə hallara qarşı Müsavat Partiyasının hər zaman sərt mövqe tutacağını bildirən A. Hacılı İran dövlətindən Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarını tanımağı tələb edib. A. Hacılı çıxış edərkən aksiya iştirakçıları “Azərbaycanın suverenliyinin təhdidinə yox deyirik!”, “İran, Ermənistanla dostluğa son qoy!” və digər şüarlar yazılmış plakatları qaldırıblar. Bu zaman polis nəfərləri plakatları aksiya iştirakçılarının əllərindən alaraq cırıblar.

Aksiya iştirakçılarından ibarət 2 nəfərlik nümayəndə heyəti piketin qətnaməsini İran səfirliyinə təqdim edib. Qətnamədə deyilir: “Müsavat Partiyası narahatlıqla bildirir ki, son günlər İranın rəsmi dairələri və mətbuatında müstəqil Azərbaycanı hədəfə götürən bəyanat və yazıların sayı çoxalıb. İş o yerə çatıb ki, İran ordusunun Baş Qərargah rəisi də müstəqil Azərbaycanla fərqli dildə danışmağa başlayıb. General təhdidedici bir formada bildirib ki, Azərbaycan qabaqcadan neft və digər iqtisadi məsələlərdə kimlərlə işbirliyinə getdiyini düşünməli və bunların onun təhlükəsizliyinə ziyan gətirəcəyini başa düşməli idi. Generalın bu məntiqini təəssüflər olsun ki, İranın radio və televiziyaları, eləcə də yazılı mətbu orqanları təkrarlamaqda xüsusi həvəs duyurlar.

Üstəlik, ölkədə Azərbaycan türklərinin milli-mədəni hüquqlar uğrunda apardığı mübarizəyə qarşı xüsusi bir repressiya rejimi qurulub. Bunun nəticəsində onlarla mübariz insan zindanlara atılıb və işgəncələrə məruz qalıb.

Müsavat Partiyası İranın qonşu Azərbaycana qarşı bu cür qeyri-etik və iki ölkə arasındakı qonşuluq ənənələrilə uzlaşmayan hərəkətlərinə etirazını bildirir və bunlara son qoyulmasını qətiyyətlə tələb edir”.musavat

MÜSAVAT İRAN-A QARŞI PİKET KEÇİRDİ

MÜSAVAT İRAN-A QARŞI PİKET KEÇİRDİ

MÜSAVAT İRAN-A QARŞI PİKET KEÇİRDİ

MÜSAVAT İRAN-A QARŞI PİKET KEÇİRDİ

MÜSAVAT İRAN-A QARŞI PİKET KEÇİRDİ

MÜSAVAT İRAN-A QARŞI PİKET KEÇİRDİ

MÜSAVAT İRAN-A QARŞI PİKET KEÇİRDİ

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4911.azr
azeribaybak[at]gmail.com