- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Bakının tualetləri - Güntay Gəncalp

BayBək, Azərbaycan | Friday, 5th June , 2009 , 19:53 [pm] | Məqalə-Yazi

. Ölkəyə milyardlar dolar para axışır. Yalnız xarici qonaqların uğraq yerlərində təmiz tualetlər düzəldilir. Cəmiyətin təlim gördüyü yerlərə diqqət edən dövlət qurumu yoxdur. Elmlər Akademiyasından tutmuş ibtidai məktəblərə qədər ölkədə tualet inqilabı edilməlidir. Bu inqilab Azərbaycanın modernləşməsinə, mədəniləşməsinə təkan verə bilər. Yoxsa bütün bu hay-küylərlə bir yerə varmaq olmaz. Heç bir cahanşümul iş görmək olmaz. İşin maraqlı tərəfi budur ki, gəlib Avropanın, Türkiyənin, İranın təmiz tualetlərini görənlər də bu haqda heç bir şey yazmırlar.


Çox yaxın qohumlarımdan birinin gənc oğlu mənə məktub yazıb “Gedib Bakıda dərs oxumaq istəyirəm, siz necə məsləhət bilirsiniz?”- deyə sormuşdu. Mənsə böyük bir qətiətlə ona “Sənin milli duyğularını anlayıram, ancaq gedib Bakıda özünü bədbəxt edərsən mənim kimi. Bakıda dərs oxumağı heç bir zaman ağlından keçirmə. Ancaq əgər mənim dediklərimi diqqətə almayacaqsansa, o zaman qısa sürəliyinə Bakıya səfər elə. Universitetlərin tualetlərinə bax. Əgər durum mən görən kimidirsə o zaman getmə, get Türkiyədə oxu.”- cavab yazdım. Gənc adam mən söylədiyim kimi 2 həftəliyinə Bakıya gedib və orada oxumaqdan vaz keçib, Ankarada oxumağa başladı.

Keçənlərdə Bakının tualetlərinin durumunu yenə də bu sitədə fotolarla anlatmışdılar: [1] adyazar.az/qez…. Son zamanlarda da heç bir şey dəyişməmiş demək ki! Əslində dəyişə də bilməz. Çünkü dəyişməsi üçün özəlliklə universitetlərin tualetləri tamam yenidən inşa edilməlidir. Hər iki tualet hücrəsi bir tualet hücrəsinə dönüşməlidir. Mədəniyətlər tualetdən başlar. Tualet zövqsüz və səliqəsizdirsə oranın mədəniyətinə güvənmək olmaz. Sovet sistemi tualetləri öz dünyagörüşünə bənzətmişdir. Tualet təmiz olmadığında o toplumun tərbiyəsi, münasibətləri pozuq olur. İnsanların ağıllarının bir yerində tualetdəki çirkinlik özünə yer edib qalar. Təsəvvür ediniz ki, kənddən gənc bir qız və ya oğlan gəlib universitetdə oxumaq istəyir. Mədəniləşmək istəyir. Bakı universitetlərinin tualetinə bir neçə kərə uğrayan adamı necə mədəniləşdirmək olar? Musiqi, şeir, incəlik çirkin görünməyə yatqın olan yerləri təmiz saxlamaqla başlar.

90lı illərin sonu idi. Universitetdə Cavad Heyətlə bir görüş təşkil etmişdilər. Cavad Heyət tualetə uğramış və başı gicəllənə-gicəllənə çıxmışdı. Barmaqları ilə burnunu bərk-bərk tutmuş və “boğuldum!” deyirdi. Üzünü rektor yardımçısına tutub “tualeti niyə təmiz saxlamırsınız? Belə doğru deyil.”- dedi. Doktor bəyə “Siz hələ müəllimlərə xas olan tualetə getmişsiniz. Tələbələrinkinə getsəniz bir daha Bakıya dönməzsiniz.”- dedim.

Islam dini də təmizliyə çox önəm vermişdir. Sovetizmin tualetləri çirkin duruma gətirdiyi bəllidir. Ancaq son 20 ildə də tualetlərin təmiz görünümü üçün önəmli işlər edilməmişdir. Avropanın basqısı üzündən bulvarda filan bəzi tualetlər düzəltdilər. Ancaq yenə də tualet problemi Universitet kimi mədəniyət mərkəzlərində çözülməmiş qalır. Dövlətin ilk vəzifəsi vətəndaşı tərbiyə etməkdir. Bu üzdən də Azərbaycan dövləti ölkə miqyasında tualetlərin mədəniləşməsi üçün plan ortaya qoymalı, televizionlarda bu haqda toplumu aydınlatmaq üçün proqramlar hazırlamalıdırlar. Sovetizmdən qalan qabalıq, təmizliyə diqqət etməmək tarixə gömülməlidir.

Ölkəyə milyardlar dolar para axışır. Yalnız xarici qonaqların uğraq yerlərində təmiz tualetlər düzəldilir. Cəmiyətin təlim gördüyü yerlərə diqqət edən dövlət qurumu yoxdur. Elmlər Akademiyasından tutmuş ibtidai məktəblərə qədər ölkədə tualet inqilabı edilməlidir. Bu inqilab Azərbaycanın modernləşməsinə, mədəniləşməsinə təkan verə bilər. Yoxsa bütün bu hay-küylərlə bir yerə varmaq olmaz. Heç bir cahanşümul iş görmək olmaz. İşin maraqlı tərəfi budur ki, gəlib Avropanın, Türkiyənin, İranın təmiz tualetlərini görənlər də bu haqda heç bir şey yazmırlar.

Bakı tualetlərinə uğrayan adamın şəxsiyəti təhqir olur. Sonra bu təhqirin altından çıxmaq olmur. Bəzən yuxumda görürəm Bakıdayam. Yuxuda öz-özümə deyirəm: “Keşkə yuxu olsun bu, gerçək olmasın.” Insanın şüuraltına keçir yaşadıqları, ruhunu pis etkiləyir. Heç bir şey Bakı məktəblərinin, təlim yerlərinin tualetləri qədər insanda güvənsizlik duyğusu yaratmır. İnsan zindana da düşə bilər. Lakin Bakının türmələrində mənim kimi qısa sürə qalan və oranın tualetlərini görən birisi artıq Bakı adında bir zindanı ömür boyu öz ruhunda daşıyar. Zindana düşən insanın da təmiz bir həyat sürmə haqqı var. Qərbi, Türkiyəni görmüş aydınların ilk vəzifəsi ölkədə tualet inqilabının gerçəkləşməsi üçün dövləti uyarmaqdır. Milli məclisə məktublar yazılmalı və məktəblərin tualetinə dövlətin qayğı göstərməsi istənilməlidir. Ayıb deyilmi gerçəkdən?

Güntay Gəncalp
05/06/2009

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_4929.azr
azeribaybak[at]gmail.com
Yazıda qullanılan URL-lər:
[1] adyazar.az/qez…: http://adyazar.az/qezet/index.php?newsid=518