- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Politoloq Vəfa Quluzadə: “Azərbaycan Rusiya ilə qaz müqaviləsini imzalamasa idi, Moskvanı özünə qarşı daha aqressiv edə bilərdi”

BayBək, Azərbaycan | Tuesday, 30th June , 2009 , 05:00 [am] | İç Xəbərlər

. Bəlli olduğu kimi, bu gün “Qazprom”la Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında Bakıda Azərbaycan qazının Rusiyaya satışına dair müqavilə imzalanıb. Azərbaycanın Rusiyaya qaz tədarükü sahəsindəki əməkdaşlığa dair müxtəlif yanaşmalar mövcuddur. Bəziləri bunun mənfi nəticələrə gətirəcəyini düşünür, digərləri isə əksinə hesab edir ki, bu əməkdaşlıq ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək.


Bəlli olduğu kimi, bu gün “Qazprom”la Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında Bakıda Azərbaycan qazının Rusiyaya satışına dair müqavilə imzalanıb. Azərbaycanın Rusiyaya qaz tədarükü sahəsindəki əməkdaşlığa dair müxtəlif yanaşmalar mövcuddur. Bəziləri bunun mənfi nəticələrə gətirəcəyini düşünür, digərləri isə əksinə hesab edir ki, bu əməkdaşlıq ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək.

Məsələnin siyasi tərəflərini politoloq Vəfa Quluzadədən öyrənmək qərara aldıq. Bu gün Bakıda imzalanan sazişə münasibətini açıqlayan politoloq bu müqavilənin Azərbaycanın xeyrinə olduğunu bildirib. “Hər halda Rusiya istədiyinə tam nail ola bilmədi. Belə ki, Azərbaycan hasil etdiyi qazı Rusiyaya tam həcmdə satmayacaq. Bu, ümümiyyətlə qeyri-mümkündür. Çünki Azərbaycan qazını tam həcmdə Rusiyaya satacağı halda Qərblə əməkdaşlığa böyük zərbə vurmuş olacaq. Odur ki, Azərbaycan qazının bir hissəsini Rusiyaya satacaq, digər hissəsini isə “Nabukko” ilə Avropaya nəql edəcək”, - deyə o bildirib.

Vəfa Quluzadənin fikrincə, heç bir halda Rusiyanı inhisarçı etmək olmaz. Onun sözlərinə görə, əgər Azərbaycan və Orta Asiya respublikaları öz qazını tam həcmdə Rusiyaya satsalar, Rusiyanı inhisarçıya çevirmiş olacaqlar. «Nəticədə Rusiya bütün Avropanı ayaq altına alacaq», - deyə o vurğulayıb.

Azərbaycanın bu müqavilədən əldə edəcəyi dividenvlərə gəldikdə isə V.Quluzadə hesab edir ki, Azərbaycan bundan həm iqtisadi, həm siyasi nöqteyi-nəzərdən udub. «Bu, sırf iqtisadi bir sövdələşmə idi. Burada siyasi amilləri görmürəm. Bununla belə Azərbaycan bu sazişi imzalamasa idi, Rusiyanı özünə qarşı daha aqressiv edə bilərdi», - deyə politoloq fikrini tamamlayıb.

Məsələnin iqtisadi tərəfinə gəldikdə isə iqtisadi ekspert İlham Şaban bu gün imzalanan sazişin Azərbaycana ziyan gətirməyəcəyini düşünür. Əksinə o hesab edir ki, bu əməkdaşlıqdan çox şey öyrənmək olar. «Hər halda unutmaq olmaz ki, Rusiya (SSRİ nəzərdə tutulur-red.) ilk dəfə qazını Avstriyaya 1968-ci ildə satıb. Azərbaycan isə regionda ilk dəfə 2007-ci ildə qaz satmağa başlayıb. Bu baxımdan biz Rusiya kimi qaz ixracatçısından nəsə oyrənə bilərik. Digər tərəfdən isə yaddan çıxarmaq olmaz ki, regional iqtisadi əməkdaşlıq uzunmüddətli siyasi-hərbi sabitliyin əsasını təşkil edir», - deyə o bildirib.

İlham Şaban «Qazprom»la ARDNŞ arasında imzalanan qaz müqaviləsinin ilk növbədə Azərbaycanın qaz ixracı coğrafiyasının genişləndirilməsi baxımından önəmli addım kimi dəyərləndirilməsini vacib sayır. O qeyd edib ki, Azərbaycan ilk dəfə ARDNŞ qismində müstəqil şəkildə qaz ixrac etməyə başlayıb. “Bu həm də o baxımdan əlverişlidir ki, bununla Azərbaycan «Şahdəniz-2» məsələsində Avropanı daha aktiv fəaliyyətə keçməyə sövq edə bilər. Bir sözlə, hesab edirəm ki, Azərbaycanın Rusiya ilə imzaladığı saziş alqışlanası bir addımdır», - deyə o vurğulayıb.

Qərbin bu sazişə mənfi reaksiya verə biləcəyinə isə İlham Şaban bunu önəmli hesab etmədiyini bildirib. “Şahdəniz” yatağının işlənilməsini yada salan ekspertin sözlərinə görə, Qərb indiyə kimi bu məsələdə «nala-mıxa» vurur. Bu üzdən də Azərbaycanın qonşu Rusiya ilə qaz müqaviləsi imzalaması doğru bir addımdır.

Qeyd edək ki, Azərbaycanın Rusiyaya satacağı qaz əsasən Dağıstanın qaz təchizatı üçün nəzərdə tutulur. Dağıstanın qaza illik tələbatı 1,5 milyard kubmetr təşkil edir. Müqaviləyə əsasən Rusiyaya nəql olunacaq qazın illik həcmi 500 milyon kubmetrdir. Bundan sonra həcmin artırılacağı proqnozlaşdırılır. Qiymətə gəldikdə isə ekspert İlham Şaban hələlik tərəflər bununla bağlı konkret razılığa gəlmədiyini bildirib.

Bu sazişin «Nabukko» layihəsinə təsirinə gəldikdə isə İlham Şaban Azərbaycanın Rusiya ildə imzaladığı müqavilənin sözügedən layihəyə heç bir mənfi təsir göstərməyəcəyini vurğulayıb. O ümumiyyətlə «Nabukko» layihəsini mif hesab etdiyini deyib.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_5093.azr
azeribaybak[at]gmail.com