- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Naxçıvana ərzaq buraxılmır, sakinlər Vasif Talıbovun əcaib qadağalarından cana doyublar
BayBək, Azərbaycan | Monday, 6th July , 2009 , 05:48 [am] | İç Xəbərlər
![]() |
. | Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov indi də naxçıvanlıları ac saxlamaq qərarına gəlib.
Naxçıvandakı mənbəmizin verdiyi məlumata görə, Ali Məclis sədrinin göstərişilə Naxçıvana kənd təsərrüfatı məhsulları buraxılmır. |
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov indi də naxçıvanlıları ac saxlamaq qərarına gəlib.
Naxçıvandakı mənbəmizin verdiyi məlumata görə, Ali Məclis sədrinin göstərişilə Naxçıvana kənd təsərrüfatı məhsulları buraxılmır.
“Gömrükdən heç bir dənə donmuş toyuq da keçirməyə imkan vermirlər” deyən mənbəmiz bildirib ki, səbəb kənd təsərrüfatı məhsullarının tamamilə monopoliyaya alınmasıdır. Vasif Talıbovun yaxın ətrafının inhisarında olan kənd təsərrüfatı məhsulları isə çox baha qiymətə satılır.
Mənbəmiz bir maraqlı faktı da diqqətimizə çatdırıb. Onun sözlərinə görə, artıq məktəblər tətilə çıxsa da, müəllimləri işə gəlməyə məcbur edirlər. “Vasif Talıbovun göstərişilə Muxtar Respublika ərazisində iməclik elan olunub. Iməclikdə də büdcə təşkilatının işçiləri, o cümlədən müəllimlər işləyir. Təsəvvür edin ki, Şərur rayon hərbi komissarlığının işçiləri əllərində kətmən şəkər çuğunduru əkilən sahələrə çıxaraq işləməyə məcbur edilirlər. Hər kəs Vasif Talıbovun bu əcaib qanunlarından cana doyub”.
Xatırladaq ki, bir müddət əvvəl Vasif Talıbov Naxçıvanda təndirdə çörək bişirməyi yasaqlamışdı. Daha sonra isə yas mərasimlərinə qadağa qoydu.azadliq
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir