- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Doğu Türküstan-da gәrginlik davam edir

BayBək, Azərbaycan | Wednesday, 8th July , 2009 , 23:13 [pm] | İç Xəbərlər

. Urumçidә küçәyә çıxmağın qadağan edilmәsindәn sonra hәlәlik sakitliyin hakim olduğu bildirilir.

Şәhәrin mәhәllәrindәn birindә isә yüzlәrlә Uyğurun



TRT yazır, Çinin Sincan Uyğur Muxtar Bölgәsini qana bulayan gәrginlik 3 gündür davam edir.

Hökümәt küçәyә çıxmağı qadağan edәrәk hadisәlәrin qarşısını almağa cәhd göstәrir.

Urumçidә vәziyyәtin sakit olduğu bildirilsә dә Fransız AFP Xәbәrlәr Agentliyi Uyğur Muxtar Bölgәsinin bir mәhәllәsindә yüzlәrlә insanın yenidәn küçәyә çıxdığını vә polislә qarşı qarşıya gәldiği xәbәrini yayıb.

Urumçidә küçәyә çıxmağın qadağan edilmәsindәn sonra hәlәlik sakitliyin hakim olduğu bildirilir.

Şәhәrin mәhәllәrindәn birindә isә yüzlәrlә Uyğurun polislә qarşı qarşıya gәldiği qeyd edilir.

Hadisәlәrin qarşısı alınmış kimi görünsә dә Çinlilәr vә Uyğurlar arasındakı gәrginliyin yüksәk sәviyyәdә olduğu vurğulanır.

Uyğurlar, ötәn gün mәtbuat işçilәrinә Çinlilәr tәrәfindәn törәdilәn hadisәlәrlә әlaqәdar olaraq cib telefonu ilә çәkilmiş kadrları göstәriblәr.

Uyğurlar, yüzlәrlә Çinlinin mәhәllәlәrinә hücum etdiklәrini vә qarşılarına çıxanları ölüncә döydüklәrini söylәyiblәr.

Hücumlar zamanı polis işçilәrinin vaxtında Çinlilәrә müdaxilә etmәdiklәri iddiaları da irәli sürülür.

Bölgәdә, internet vә cib telefonundan istifadә hәlә dә qadağandır.

Bu arada, Çin dövlәt başçısı Hu Xintaonun, Sincandakı hadisәlәrlә bağlı olaraq İtaliyadakı G-8 zirvә toplantısında iştirak etmәkdәn imtina edәrәk ölkәsinә qayıtdığı bildirilib.

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_5130.azr
azeribaybak[at]gmail.com