- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Doğu Türküstandakı olaylar üzərinə - Güntay Gəncalp

BayBək, Azərbaycan | Sunday, 12th July , 2009 , 19:47 [pm] | Məqalə-Yazi

. Doğu Türküstandakı son qorxunc hadisə bir anda bütün diqqətləri Uyqurlara yönəltdi. İlk dəfə olaraq bu qədər geniş qapsamlı içimizdə Doğu Türküstan acılarını hiss etdik. Dünyanın harasında olursa-olsun Uyqurlar qədər bu acını öz içində yaşadı hər bir milli kimlik zəminində düşünən türk. Türkiyənin Uyqur hadisəsindəki millət və dövlət olaraq göstərdiyi münasibət içimizi qürurla doldurdu. Cümhurbaşqanından tutmuş dövlətin dəyişik qədəmələrinə


Doğu Türküstandakı son qorxunc hadisə bir anda bütün diqqətləri Uyqurlara yönəltdi. İlk dəfə olaraq bu qədər geniş qapsamlı içimizdə Doğu Türküstan acılarını hiss etdik. Dünyanın harasında olursa-olsun Uyqurlar qədər bu acını öz içində yaşadı hər bir milli kimlik zəminində düşünən türk. Türkiyənin Uyqur hadisəsindəki millət və dövlət olaraq göstərdiyi münasibət içimizi qürurla doldurdu. Cümhurbaşqanından tutmuş dövlətin dəyişik qədəmələrinə qədər ortaya qoyulan açıqlamalar, türkiyənin böyük dövlət olduğunu gözlər önünə sərdi. İslam ölkələrindən demək olar ki, heç bir səs çıxmadı. Hətta İran kimi bəzi islam ölkələri Çindəki müsəlman uyqurların dirənişlərini Batı imperializminin qışqırtısı kimi anlayıb anlatdılar. Oysa islam ölkələrinin Çin üzərinə uyqulayacaqları böyük iqtisadi-ticari önləmlər mövcuddur. 1.5 milyardan aşqın olan İslam ölkələri 1 ay Çinə ticari yaptırım tətbiq etsələr Çinin ekonomisinə yüz milyarlarca zərər gələ bilər. Bu da Çində böyük krizə yol açar. əslində bu vəsilə ilə İslam ölkələri Çini diz çökdürə bilərlər. Ancaq hardadır İslam ölkələrində o ədalət? Zatən islam ölkələri olaraq bilinən bu ölkələrin çoxu Çində öldürülənlərin türk olmalarından dolayı məmnundurlar. Öldürülənlər müsəlman türkdürsə islam ölkələrinin çoxu məmnun qalır durumdan.

Çinin təhdidləri türk milləti üzərinə sadəcə Doğu Türküstanla sınırlı deyildir. Qırqızıstandan və Qazaqıstandan da torpaq tələbində bulunmaqdadır. Sovet zamanından bu torpaq tələbi mövcuddur. Ancaq Sovet zamanında sınırları sovet ordusu qoruduğu üçün Çin səssiz bir istəkdə bulunurdu. İndi isə Çin öz istəklərində daha aktivləşmişdir. Çinin torpaq tələbi türklər üçün qutsallıq ifadə edən Tanrı dağlarını da içərməkdədir. Bu üzdən də Türk Cümhuriyətlərinin Qərbə üz tutması, torpaqlarında Qərb hərbi üslərini yerləşdirməsi ən doğru yaxalanmış fürsətdir. Qırqızıstanda Amerika hərbi üslərinin mövcudluğu ya da gələcəkdə NATOnun Türküstanda güclənməsi Çinin təhdidlərini önləmə açısından bir fürsət ola bilər.

Doğu Türsüstanda Çinin törətdiyi bu dəhşət bununla bitmiş deyildir. Çinin rəsmi açıqlamalarına görə hələ yüzlərcə suçlu uyqur edam hökmü ilə yarqılanacaqmış. Yəni qarşımızdakı günlərdə yüzlərcə uyqurun edam edilməsi gözlənilməkdədir. Bu edamların qarşısını alacaq güc islam ölkələri deyil, şübhəsiz. Batı ölkələrinin basqısı önləyə bilər.

Doğu Türküstan olayı bir daha göstərdi ki, güvənli yaşaya bilməmiz üçün türk milli kimliyinə sıx-sıx sarılmalıyıq. Böyük Atamızın “Türkün türkdən başqa dostu yoxdur.”- söyləmi bir daha doğruluğunu isbatladı. Bu olayda yalnız türklərin canı yandı. Bu acını bəlkə insan haqlarından yana olan insanlar da dünyanın fərqli yerlərində yaşadılar, ancaq türklük fərqli şəkildə bu acını içinə çəkdi. Ayrıca, bu hadisə isbat etdi ki, mikrokimliklərə parçalanmanın türk tarixinə, türk kimliyinə və ortaq güvənliyimizə heç bir yararı olmayacaqdır. Bütün dünya türkləri yalnız türk kimliyi çatısı altında birləşmək zorundadır. Çin təhdidi qarşısında yalnız böyük bir türk yardımlaşması, dayanışması başarılı ola bilər. Doğu Türküstan olayı bunu açıqca gözlər önünə sərdi.

Doğu Türküstan hadisəsinə Güney Azərbaycandan gələn dəstək çox önəmli idi. Yüzlərcə bu haqda yazılar, şeirlər yazıldı. GÜNAZ TV olayı tam zamanında canlı yayına daşıdı. Bütün milli sitələrdə bu hadisə sanki Təbrizdə olmuşcasına yansıdıldı. İlk dəfə olaraq tarixdə belə duyğusal və düşünsəl yardım bizdən Doğu Türküstana yönəlmiş oldu. Batı ölklərindəki Çinin səfirlikləri qarşısında etiraz aksiyalarına Güney Azərbaycandan olan insanlar da qatıldı. Bütün bunlar milli kimliyimizin doğru türklük çatısı altında gəlişdiyini göstərməkdədir. Bu ağrıları içimizdə, vicdanımızda hiss etdikcə Doğu türküstanın qurtuluşuna olan inancımız da əqli plana daşınacaq. İnanmaq qələbənin yarısını əldə etmək deməkdir. Qalan yarısını da ağıl yoluyla əldə etmək olur. Bu inancı bütün türk yurdlarında yayqınlaşdırmaq hər bir türkün milli görəvidir.

Güntay Gəncalp
12/07/2009

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_5146.azr
azeribaybak[at]gmail.com