- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Səid Mətinpur Evin zindanına salınıb

BayBək, Azərbaycan | Sunday, 12th July , 2009 , 20:14 [pm] | İç Xəbərlər

. Azərbaycanlı jurnalist və insan hüquqları fəalı Səid Mətinpur həbs edilərək Tehranın Evin zindanına salınıb.

Onu Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi 8 il azadlıqdan məhrum edib. Məhkəmənin qərarından apellyasiya şikayəti verilmişdi.



Azərbaycanlı jurnalist və insan hüquqları fəalı Səid Mətinpur həbs edilərək Tehranın Evin zindanına salınıb.

Onu Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi 8 il azadlıqdan məhrum edib. Məhkəmənin qərarından apellyasiya şikayəti verilmişdi.

Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılır.

«Amnesty International» beynəlxalq insan hüquqları təşkilatı jurnalistin təbii insan haqlarının bərpasını tələb etdiyini bildirərək, onu vicdan dustağı elan edib.

Beynəlxalq insan hüquqları təşkilatları Səid Mətinpur da daxil olmaqla həbsdə olan digər fəalların dərhal azad edilməsi tələbi ilə bir neçə təcili bəyanat verib, İran rəsmilərinə dəfələrlə müraciət edib.azadliqradiosu

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_5147.azr
azeribaybak[at]gmail.com