- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Natalya Estemirova İnquşetiya Cümhuriyyәtindә ölü halda tapılıb
BayBək, Azərbaycan | Friday, 17th July , 2009 , 06:43 [am] | İç Xəbərlər
![]() |
. | Çeçenistan’da oğurlanan Rusiya Federasiyası İnsan Hüquqları Müdafiәçisi Natalya Estemirova İnquşetiya Cümhuriyyәtindә ölü halda tapılıb.
Estemirova’nın öldürülmәsi, Qüzey Qafqaz’da Kreml’inin siyasәtindәn tәnqid edәnlәri hәdәf götürәn cinayәtlәrin bir halqası kimi qiymәtlәndirilir |
Çeçenistan’da oğurlanan Rusiya Federasiyası İnsan Hüquqları Müdafiәçisi Natalya Estemirova İnquşetiya Cümhuriyyәtindә ölü halda tapılıb.
Estemirova’nın öldürülmәsi, Qüzey Qafqaz’da Kreml’inin siyasәtindәn tәnqid edәnlәri hәdәf götürәn cinayәtlәrin bir halqası kimi qiymәtlәndirilir. Estemirova, ötәn il Çeçenistan’da Rusiya Federasiyası hәrbçilәrinin, Çeçenistan’ın azaldığı yolunda mübarizә yeridәnlәrin qohumlarına mәxsus 24 evi dağıtdığını hәsabatında bildirmişdi.
Yaxın bir vaxtda da hәmin cinayәtlәrin Rusiya Başnaziri Vladimir Putin’in dә aralarında olduğu bir sıra yüksәk rütbәli şәxslәrin nәzarәtindә işlәndiğini sübut edәn dәlillәrin dә yer tutduğu bir hesabatı yaymışdı.
İnsan hüquqları yolunda mübarizә yeridәn bir cәmiyәt dә Estemirova’nın qәtli hadisәsindә Kreml’inin dәstәklәdiği Çeçenistan Dövlәt Rәhbәri’nin әli olduğunu irәli sürdü.
Estemirova kimi Kreml’inin Qüzey Qafqazda insan hüquqlarını tapdaladığını irәli sürәn jurnalist Anna Politkovskaya vә vәkil Stanislav Markelov da Moskva’da qәtlә yetirilmişdi.
Rusiya Federasiyası Dövlәt Rәhbәri Medvedyev daha әvvәlki cinayәtlәrin әksinә olaraq Estemirova’nı qәtlә yetirәnlәrin tәcili olaraq tapılması üçün göstәriş verdi.trt
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir