- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Romen Rolan - Güntay Gəncalp
BayBək, Azərbaycan | Thursday, 6th August , 2009 , 22:33 [pm] | Məqalə-Yazi
![]() |
. | Mən sevməyi Romen Rolandan öyrəndim. Gəncliyimin ilk enerjili çağları idi. Gəncliyin bu enerjili çağlarında insanın xəta etmə imkanları həddindən artıq olur. Bəzən bir kitab, ya da bir dəyərli insan bu enerjinin doğru yönə yönlənməsinə yardımçı olur. Məni ilk dəfə yönləndirən Romen Rolan olmuşdur. İlk oxuduğum ən uzun roman Romen Rolanın “Jan Kristov” əsəri idi. Bu romanı oxuduqca, sanki gələcəkdə yaşayacağım özəl yazqım haqqında bilgi əldə edirdim. Çünkü mənim kimi böyük ideallar vurğunu olan bir insan ancaq buna bənzər bir həyat yaşamalı idi. Belə düşünürdüm. Bu romanı dərin bir iştahla oxuduqca, Jan Kristovun kiçik bir alman |
Mən sevməyi Romen Rolandan öyrəndim. Gəncliyimin ilk enerjili çağları idi. Gəncliyin bu enerjili çağlarında insanın xəta etmə imkanları həddindən artıq olur. Bəzən bir kitab, ya da bir dəyərli insan bu enerjinin doğru yönə yönlənməsinə yardımçı olur. Məni ilk dəfə yönləndirən Romen Rolan olmuşdur. İlk oxuduğum ən uzun roman Romen Rolanın “Jan Kristov” əsəri idi. Bu romanı oxuduqca, sanki gələcəkdə yaşayacağım özəl yazqım haqqında bilgi əldə edirdim. Çünkü mənim kimi böyük ideallar vurğunu olan bir insan ancaq buna bənzər bir həyat yaşamalı idi. Belə düşünürdüm. Bu romanı dərin bir iştahla oxuduqca, Jan Kristovun kiçik bir alman kəndindən bütün dünyaya açılması, ədalətsiliklərlə savaşıb musiqiyə tapınması, musiqidən güc alması, Fransaya yola düşüb bəlli olmayan gələcəyə doğru yol getməsi mənim həyatımın gələcəyi haqda ipucları verirdi sanki. Jan Kristov müxtəlif qadınlarla rastlanır. Bir sürü eşq macəraları yaşayır. Sənət və qadın sevgisi. Hansını sevmək zorundadır Jan? İnsanlar bəzən bu konuya özləri qərar vermirlər. Ağıllarındakı məntiq yenik düşür. Böyük bir ideala vurğunluq eşqi əslində daha öncədən qərar vermişdir. Əbədi narahatlıq, daimi həyəcan və hüzursuzluq. Bir millətin hüzur içində yaşaması üçün, bəzi idealist fərdlərin daimi hüzursuz və narahat yaşamaları gərəkir. Düşünmək və yaradıcılıq rahatlığın doğurduğu bir olqu deyildir. Düşünmək və yaradıcılıq narahat ruhun çırpıntılarından başqa bir şey deyildir. İçimizdə tanımadığımız böyük insanlar yaşar. Toplumun şübhədən doğan hüzursuzluğunu bu bilinməz məchul adamlar üzərlərinə alıb daşıyarlar. Qadınların erkəklərdən aşağı olan tərəfi budur. Qadın bir az para gördümü öz nəfsinə tez yenilir, sevgisi unudulur. Qadının özünü olduğundan artıq gözəl göstərmə cəhdi də burdan qaynaqlansa gərək. Jan Kristov seksual açıdan çox güclüdür. Qadınlarla seks yapdığında onu buraxmaq istəmirlər. Ancaq qadın sadəcə sekslə mutlu olmaz. Para da lazım. Böyləcə Jan Kristovu onu sevən qadınlar atarlar namərdcəsinə. Yoxsulluğunu başına qaxınc edərək. Bethovenin və Mutsartın həyatını canlandırmış Romen Rolan “Jan Kristov” romanında. Bu gün əsərlərindən zövq aldığımız Bethoven yoxsulluqdan küçlərdə yatıb qalırdı, xəstəlikdən şalvarına işəyərək gedirdi küçələrdə. Çocuqluq yaşından ömrünün sonuna qədər bütün enerjisini musiqiyə adayan “Kristov” musiqini öz nifrətinin, sevgisinin anlatım aracına dönüşdürür. Dünya gözəli olan bir qadınla seksual ilişkidən sonra “rəng”* olduğu anlaşılır. “Rəng” olmayan nədir? Rəng olmayan qadın deyil, qadında axtarılandır. Bunu bir başqa romanında təsvir edir Romen Rolan. “Heyran ruh” adlı əsərdə “Anet River” qadında axtarılanın örnəyi kimi təsvir edilir.
“Jan Kristov” öz vücudunda maddə ilə mənanın savaş meydanına dönümşüm. Bəzən gündəlik yeməyini tapa bilməyən Kristovun ağlından böyük sinfonik əsər yazmaq keçir. Yazdıqlarını bir yerə toplaya bilmir. Çünkü qalacaq bir yeri yoxdur. Vəhşi kapitalizmin basqısı altında sənət və insanlıq əzilib gedir 18-190-cu əsrlərdə. Bir sürü acılı, sevdalı xatirələrlə Kristov ölüm ayağındadır. Ölürkən insanları nə qədər sevdiyini bir daha hiss edir. Ancaq həyatından peşman deyildir. Çünkü bütün musiqi planındakı yaradıcılığı insanların əzab çəkməkdən arınıb mutlu olmalarına həsr olunmuşdur. Kristov ölür, ancaq acılar hələ də davam edir. Kristov ölümündən narahat deyil. Bu acıları musiqi ilə ortadan qaldırmadığından narahatdır. Əgər belədirsə bir həyat yaşamaq üçün yetərli deyil. Ölüm ayağında bunu dərk edir ki, yaşamaq üçün bir həyat yetərli deyilmiş. Nə qədər anlamlı yaşasan da bir həyat yetərli deyil. Həm də əzab dolu bir həyat. Kristov həyatı boyunca çəkdiyi acılardan dolayı ölüm ayağında narahat deyil. Zənginlər də ölürlər. Ölüm ədalət deməkdir. Çünkü acılara da son verir, mutluluqlara da. Ancaq mutluluq nədir? Mutluluq zəngin olmaqdır, yoxsa acı çəkmək? Kristov birlikdə olduğu qadınları xatırlayır ölüm yatağında, tək-tənha ölürkən. Ölmədən öncə onlardan bağış diləyir, öz-özünə pıçıldayaraq. Bir həyat yetərli deyilsə, o zaman yenidən dünyaya gəlmək, dünyanı musiqi ilə gözəlləşdirmək üçün çabalamaq lazımdır. Çünkü dünya yalnız sənətlə, yalnız musiqi ilə gözəlləşir. Ölüm yatağında bunlar keçir Kristovun ağlından və tam son nəfəslərində Hz. İsanın bu sözünü xatırlayır: “Mən acı çəkməyə gəlmişdim. İnsanların acısını üzərimə alıb daşımağa gəlmişdim. Çox acı çəkdim, başqaları acı çəkməsin deyə. Ancaq acılar həddini aşanda yenə də gələcəyəm acı çəkməyə.” Kristov İsanın bu sözlərini xatırlayır və “Mən insanların acılarını unudacaq çox əsər yazdım. Çox musiqi əsərləri yazdım. Siz insanlar bu musiqini dinləyib acılarınızı dağıdacaqsınız. Ancaq acılarınız həddini aşanda bir daha dünyaya gəlcəm sizlərə yeni musiqi əsərləri bəstələmək üçün.” Jan son nəfəsini verir. Son anda yardıma ehtiyacı olduğunu düşünür. Yalnızca ölür. Son anda anasının surəti durur gözlərinin önündə. Əllərini gözlərinin önündə duran anasının təsvirinə tərəf uzadıb və “Aaanaaa!”- deyib can verir.
Jan Kristov romanının əvvəlindən sonuna qədər oxucu özünü gah bir missionun adam hiss edir, gah göz yaşlarını tuta bilmir. Başından sonuna qədər həyat duyğları ilə dolu bir əsər. Bu əsər yeni insan yarada biləcək gücə sahibdir. İçimdə Romen Rolana minnətdarlıq duyğusu var.
Romen Rolanından başqa bir digər heyrətamiz əsər “Heyran ruh”dur. Bu əsrdə də bir qadın örnəyi sunmuş Rolan. Qadın olmayan bir insan qadınların ruhlarının dərinliyinə necə enmişdir? Bütün toplumlarda seks qaynağı görülən qadına Rolan böyük şəxsiyət vermişdir. Nəfsinin sahibi olan bir qadın böyük evlad tərbiyə edə bilir. Tanıma, bilmə və sonra təslim olma. Qadın yalnız bu sürəc içində öz varlığının anlamlı olduğunu göstərir. Erkək onu orqasma ulaşdıran makina deyil. Erkəklə ilişkidə onu tanımaq qadını ruhi yüksəkliyə çatdırır. Gerçəkdədn ilişkilər yalnız bu şəkildə dərin bir əxlaq və nizam üzərində düzənlənmiş olur. Ehtiyacın qoynunda daralan, sıxılan “Anet River” heç bir şəkildə öz oğlunu doğuran vücudunu sevmədiyi adama təslim etmir. Hər an Anetin gözləri önündə oğlu durmaqdadır. “River” çay deməkdir. “Anet River” isə bir çay kimi axır. Bu axış içində ona kirli maddələr atılır, kirli arxlar qatılır, ancaq “River” öz axışında və ruhi axarlılığında təmizlənir. Təmiz qalır. Dənizə qovuşmaq üçün daimi bir axış içindədir. Anetin ölümlə qarşılaşması gerçəkdən bir qəhrəmanlıqdır. Anetə görə yaşayanlar ölürlər, yaşamayanlar ölmürlər, məhv olurlar.
Rolanın dünyanın böyük şəxsiyətlərinin həyatı üzərinə də yazdığı kitablar var. O cümlədən “Tolstoy”, “Bethoven”, “Qandi” onun üç peyqəmbərləri olmuşdur sanki. Heykəltaraş “Mikelanj”ın da sənətini incələmişdir. Romen Rolanın başqa piesləri də var. İnsanlığın ən böyük öyrətmənlərindən biri Romen Rolandır. Dünya durduqca insanlar onun əsərlərini oxuyub çox şeylər öyrənəcəklər.
Güntay Gəncalp
06/08/2009
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir