- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Çeçenistanda terror, 4 milis həlak olub
BayBək, Azərbaycan | Tuesday, 25th August , 2009 , 18:12 [pm] | İç Xəbərlər
![]() |
. | Rusiyanın cənubunda bu gündən vəziyyət yenindən gərginləşib. Çeçenistanda terrorçu kamikadze partlayış törədib. Şalinsk rayonunun Meskert-Yurt kəndində baş verən terror aktının qurbanı 4 milis əməkdaşı olub. |
Rusiyanın cənubunda bu gündən vəziyyət yenindən gərginləşib. Çeçenistanda terrorçu kamikadze partlayış törədib. Şalinsk rayonunun Meskert-Yurt kəndində baş verən terror aktının qurbanı 4 milis əməkdaşı olub.
Çeçenistanın daxili işlər naziri Ruslan Alxanovun verdiyi məlumata görə, daha bir nəfər ağır yaralanıb. Onun sözlərinə görə, terror səhər saat 11 radələrində həyata keçirilib. Nazir deyib ki, 5 milis əməkdaşı xidməti maşınlarını yuyan zaman partlayıcı qurğunu bədəninə yerləşdirmiş terrorçu kamikadze özünü onların yanında partladıb. Terrorçunun öldüyü deyilir.
Çeçenistanın Vedeno rayonunda isə milis işçiləri təlim vaxtı hücuma məruz qalıblar. Məlumata görə, naməlum şəxs avtomat silahdan açdığı atəş nəticəsində sahə müvəkkilini qətlə yetirib. Post-patrul xidmətinin əməkdaşı isə yaralanıb.
Dağıstanın Kizlyar şəhərində isə silahlılar milis əməkdaşını yaralayıb. «İnterfaks» agentliyinin məlumatına görə, dəmiryol vağzalında sənədləri yoxlamaq istəyən hüquq-mühafizə orqanlarının işçisi qəfildən silahlı müqavimətlə üzləşib. Milis əməkdaşını yaralayan silahlı şəxs hadisə yerindən qaçıb. Dağıstanın Xasavyurt şəhərində isə milis bölməsinin əməkdaşlarına qumbaratanlardan atəş açılıb. Ölən və yaralananların olmadığı bildirilir. Atəş nəticəsində bölmənin binasına ciddi ziyan dəyib. Hazırda silahlıların axtarışı aparılır.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir