- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Ayətullah Müntəzirinin türklüyə dəstək fətvası üzərinə - Güntay Gəncalp
BayBək, Azərbaycan | Tuesday, 10th November , 2009 , 06:03 [am] | Məqalə-Yazi
![]() |
. | Sual: Ayətullah Müntəzirinin açıqlaması gözlənilməz bir hadisə oldu. Bunun səbəbini necə açıqlamaq olar?
Cavab: Vicdan. Vicdan oyandığında ədalətli davranmaq zorunda qalar insan. Oyanmış vicdanla insanın bilgisi uyum və uyqunluq içində olduğunda gözlənilməz olaylar, açıqlamalar ortaya çıxa bilər. Əslində Ayətullah Müntəzirinin |
Sual: Ayətullah Müntəzirinin açıqlaması gözlənilməz bir hadisə oldu. Bunun səbəbini necə açıqlamaq olar?
Cavab: Vicdan. Vicdan oyandığında ədalətli davranmaq zorunda qalar insan. Oyanmış vicdanla insanın bilgisi uyum və uyqunluq içində olduğunda gözlənilməz olaylar, açıqlamalar ortaya çıxa bilər. Əslində Ayətullah Müntəzirinin bu açıqlaması vicdanlı bir din aliminin söylədiyindən başqa bir şey deyildir. Ancaq vicdanlı davranış toplumu tərk etdiyindən, daha doğrusu rejimin irqçi tətbiqatlarından dolayı insanlarda vicdan qalmadığından Ayətullah Müntəzirinin açıqlamaları gözlənilməz oldu. Müntəziri həzrətlərinin bu açıqlamaları göstərdi ki, gerçəkdən bu dəyərli insan, islamı fars irqçilıiyinin zərrəbini altında görməmişdir. Bilirsiniz ki, Müntəziri bir çox dini çevrələrdə dərin hörmətə sahibdir. Bu üzdən də Onun bu açıqlamaları digər vicdanlı din alimlərini də düşündürməyə başlayacaqdır. Bizim milli kimlik dediyimiz olqu tariximizin dışında var olan bir şey deyildir. İslam dini bizim milli kimliyimizin ayrılmaz parçasıdır. Sadəcə bu sahəni fars milliyətçiləri öz kontrolu altına almışlar. Yalnız Müntəziri kimi böyük din alimlərinin bu şəkildə açıqlamaları ilə dini də fars milliyətçiliyinin kontrolundan çıxara bilərik. Bütün tarixə baxdığımızda bu şəkildə bir açıqlamaya tanıq olmuruq. Yəni dini bilgiləri yüksək səviyədə olan bir alimin bu şəkildə açıqlamaları olmamışdır. Gerçəkdən də ayətullah müntəzirinin bu açıqlaması İranda yaşayan türklərin yazqısı açısından çox önəmlidir. Fars millətçilərinin islam anlayışı və islam uyqulamaları, özəlliklə yeni türk nəsli ilə islam alimləri və islami şəxsiyətlər arasında bir küskünlük, bir qopuqluq yaratmışdı. Bu qopuqluğun ortadan qalxması və türklərin də islami şəxsiyətlərə daha sıcaq yanaşmalarına Müntəzirinin bu açıqlaması yardımçı olacaqdır.
Sual: türk milli oyanışında dini açıdan bir əksiklik vardırmı, bu fətvanın bu yöndə etkisi nə ola bilər?
Cavab: Dini duyqulardan əksik olan bir hərəkətin ömrü uzun olmaz. Ayrıca, dinsiz də millət ola biləz. Dinsiz dövlət ola bilər, ancaq dinsiz millət ola bilməz. Dini duyqular və inanışlar toplum miqyasındakı yardımlaşma örnəklərini daha mükəmməl şəkildə ortaya qoyar. Çünkü insanların dinsiz və inancsız dönəmi əsla olmamışdır. İnsanların ağılsız, aracsız dönəmləri tarixdə olmuşdur, ancaq inancsız və dinsiz dönəmləri olmamışdır. İndi də yoxdur. Məsələn Amerika toplumu bu qədər gəlişmələrlə yanaşı çox dindardı. Avropada da gündən günə dinə, inanca sayqı artmaqdadır. Çünkü verilər göstərmişdir ki, dindar və ya inanan bir insanın kötü yola düşməsi istisna hallarda olur. Dostoyeviski kimi böyük psikoloq yazarlar da bunu dərin incələmələrlə yazmışlar. Bu açıdan baxdığımızda bizim türk milli yüksəliş olayımızda dini duyqular çox etkiszdir. Bu etkiszlik üzündən bu hərəkət toplumun dərin qatlarına enə bilməmişdir. Çünkü toplumun tarixi bir inancı var və oyanış adına ondan əl üzmək istəməz. Sadəcə türklük bilinci ilə bu inanc arasında bağlar qurmaq lazımdır. Bunu da birdən “oyanıb” və mən hər şey bir yerdə çözmək istəyirəm deyən aşırıcılar oluşdura bilməzlər. Çünkü onlar karakterləri etibarı ilə düşüncə adamı deyillər, savaşçıdırlar. Hansısa bir ideolojinin savaşçısı. İnsanın duyquları da bəzən adamı savaşa zorlar. Çünkü hər bir ideoloji bir savaş planıdır, düşüncə ilə ilişkisi olmaz. düşüncəyə və düşünməyə yaxınlaşdığında çökər. İdeolojilərin həyatı gecəquşunun həyatına bənzər. İdeolojilərdən qaranlıqdan xoşlanarlar. Bu üzdən də hər bir ideoloji toplumun şüurunu qaranlıqda saxlamağa özənən bir plandır. Düşüncə adamı olmaq, düşüncə ürətmək çox çətin işdir. Bunu ancaq, Müntəziri kimi dini və əxlaqi açıdan bir yerlərə gəlmiş şəxsiyətlər edə bilər. Böyük düşüncələrin toplum içində yer etməsini böyük şəxsiyətlər sağlaya bilərlər. Bizim toplumsal əxlaq anlayışımız islam dini zəminində şəkillənmişdir. Bu yolda da uzun tarixi təcrübələrimiz var. Bu təcrübələri bir yana atıb yenidən təcrübə oluşdurana qədər min il daha zaman lazım olur. Ancaq hazır təcrübələrdən yararlanmaq daha yaxşıdır. Müntəzirinin bu açıqlaması hazır təcrübə sərmayəmizdən faydalanmaq üçün bir fürsət oldu. Bundan sonra durum dəyişəcək. Müntəzirinin bu açqılamaları həqiqi möminlərin türk milli haqlarına dəyər vermələrinə zəmin oluşduracaq. Nədən? Çünkü hər topluma bir inanc və inanc bağlamında bir əxlaq nizamı gərəkməkdədir. Müntəzirinin açıqlamaları inancsal əxlaq nizamının çatısı altında bu hərəkətə qatılmağı təşviq edir. Daha doğrusu Müntəzirinin açıqlamalarına görə türk milli hərəkətinə qatılmaq bir cihad məsələsidir. Çünkü orada açıqca söyləyir ki, türklük bilinci türklər üçün hüquqi və şəri bir haqdır. Şəri bir haq isə, o zaman bu hərəkətə qatılma şəri əxlaqın icabatıdır. Şəri haqlarımız yolunda mübarizədə bizim millət olaraq yaxşı və denənmiş təcrübələrimiz var. Millətlər öz tarixi əxlaq sistemlərinə və inanışlarına dayanaraq daha kolay şəkildə hərəkətə qatılırlar.
Sual: Müntəziri həzrətlərinin bu açıqlaması nədən daha öncə gəlmədi də indi gəldi?
Cavab: Daha öncə nə zaman haqqımızı istədik ki, bizi də dəstəkləsinlər? İranda heç bir zaman türklər indiki qədər türklük bilincində olmamışlar. İstənilməyən haqqa dəstək verilməz. Ancaq son zamanlar İran genəlində geniş türklük bilincinin dalğalanmasına tanıq olmaqdayıq. Müntəziri də olayları izləyir. 2006-ci ildə böyük hərəkət oldu. Insanlar türklüklərindən qürur duyduqlarını bütün dünyaya hayqırdılar. Bütün İran əhalisi gördü ki, “türk” sözünün içini son 80 ildə fars milliyətçiləri boşalda bilməmişlər. Farsların hədəfi “türk” sözünü dəyərsizləşdirmək və türklərdə aşağılıq kompleksi oluşdurmaq olmuşdur. Buna qismən də nail olmuşlar. Ancaq bu oyanış və heysiyətli dirəniş “türk” sözünün içini tarixi və yeni dəyərlərlə doldurdu, doluşdurdu. İndi İranda adam özünə “türk” deyəndə əxlaqi, duyqusal, fikri, insani baxımdan özünü güclü hiss edir. Öyləsinə bir tarixi evrə gəlmişdir ki, dirək olaraq türklük mücadiləsi verilməkdədir. Bu mücadilə toplumsal olaylara dönüşərək ölkə içində və ölkə dışında insanların diqqətini çəkməkdədir. İranda tanınmış bir şəxsiyət olaraq bilinən Ayətullah Müntəziri də gözlərinin önündə cərəyan edən bu tarixi oyanışa münasibət bildirmişdir. Müntəziri həzrətləri bu açıqlamaları ilə böyük bir tıxanıqlığı türklərin önündən qaldırmışdır. Sanki islam türkləri sevməzmiş kimi bir görüş şəkilləndirmişdilər. Müntəzirinin açıqlaması bu ideolojini çürütdü. İndin bizim oyanış hərəkətimizə minillik islam tarixindən dəstək gələcək. Bəlkə bunu qısa zamanda görməyəcəyik, ancaq zaman axışı içində buna açıqca tanıq olacağıq.
Sual: Müntəzirinin bu açıqlamasını Onun “Azərbaycanlılara dəstəyi” kimi tərcümə edib yozdular. Nədən böylə təxribata yol verilir?
Cavab: “Azərbaycanlıların haqqı” deyə bir anlayış yoxumuzdur, bu, saxta anlayışdır. “Türklərin haqqı” anlayışı doğrudur. Azərbaycanda başqa etnoslar da yaşayır. Onlar da Azərbaycanlıdır. Bizim bəzi gerçəkləri çarpıtma təmayülümüz var nə yazıq ki! Qarabağda ermənilər “öldürdüyümüz çocuqlar türkdür” dedikləri zaman, Bakıda “biz türk deyilik azərbaycanlıyıq” dartışmaları gedirdi. Azərbaycanlılıq bizim etnik kimliyimizi bildirməz, bildirə bilməz. Ayrıca, Azərbaycan çox kiçik bir ərazidir. Yəni İranda yaşayan türkləri nəzərdə tutduğumuzda Azərbaycan bu etnosun İrandakı varlığını göstərəcək qapasitədə deyildir. “Tarixi Azərbaycan ərazisi” adlandırdığımız ərazi bilə, türklərin varlığının göstərgəsi ola bilməz. Pişəvərinin zamanında Zəngan bilə, Azərbaycan ərazisinin içində deyildi. Bizim savaşımız kimlik savaşıdır. Azərbaycnlı və Azərbaycançılıq adında da kimlik yoxdur, olmamışdır. Bütöv Azərbaycan məsələsini də Rəsulzadənin yazdığına görə Stalin ortaya atdı. Keçən əsrin ikinci onilliyində rus ordusu İranda idi. İrandakı Azərbaycanı da Sovetlərə qatıb və sovetlər içində bir Azərbaycan cümhuriyəti qurmaq istəyirdilər. Stalin ortaya atdığı üçün pisdir demək istəmirəm. Bəzən düşməndən gələn xeyir dostdan gəlmir. Bunu Rəsulzadə “tanrı istərsə düşmən xieyirlər sağlar” ata sözü ilə izah edir. Örnəyin bugünkü Azərbaycan cümhuriyətinin quruluşunda və oradakı millətləşmədə MÜSAVATÇIlarında söylədiyi kimi rusların müsbət rolu olmuşdur. Demək istəyirəm ki, tarix hər zaman insanların, dövlətlərin planladığı kimi getməz. Ancaq bugünkü İranda durum fərqlidir. Ən azından indiki dünya şərtlərinə görə durum fərqlidir. Bizim İrandakı mücadiləmiz türkçülük mücadiləsidir. Azərbaycançılıq deyil. Müntəziri də bunu doğru anladığı üçün fətvasında “Azərbaycan” sözü keçmir, doğru və haqlı olaraq “türk” yazmışdır. Türklük və türkçülük çox geniş bir qavramdır. Bizim gerçək kimliyimiz bu qavramın içində saxlıdır. Azərbaycan yeni hadisədir. Yeni olmasından əlavə o bir kiçik coğrafiyanın adıdır. Vətən anlamı daşıya bilər. Ancaq vətən etnik kimliyi tam olaraq yansıtmaz. Vətən duyğusu bütüncül deyildir, bir parçadır. “Vətənsevərlik”, “ulusçuluq”, “dövlətçilik” anlayışları bir yerdə modern uluslaşmanın təməlini oluşdurar. Ayətullah Müntəzirinin fətvasındakı qavramları saxta və dərinliyi olmayan ideolojik millətçilik kölgəsinə sığınıb yanlış tərcümə etmək bizə zərər verə bilər. Birincisi bu, tərcümə əmanətinə sadiq qalmamaqdır, ikincisi də bizim tarixi türklük mənliyimizi sapdıraraq azərbaycanlılığa qaydırmaqdır.
Sual: Belə bir fikir var ki, güya müntəziri Azərbaycanlıları Yaşıl Hərəkətə qatmaq amacı ilə bu açıqlamanı etmişdir. Bu haqda nələr söyləmək olar?
Cavab: Anlamsız bir şübhə. Bu şübhələrlə Müntəzirinin bu tarixi məsajının təsirini azaltmaq istəyirlər. Əvvəla Müntəziri Yaşıl Hərəkətçi deyil. Yaşıl Hərəkətçilər Müntəziriçi olabilərlər. Çünkü Müntəziri şəxsiyəti etibarı ilə çox yüksəklərdədir. Yaşıl Hərəkətin içindəki bir çox liderlərin təqlidləri Müntəziriyədir. Azərbaycanlılar Yaşıl Hərəkətə qatılsalar da önəmli bir dəyişiklik olmaz. Böyük bir çinar ağacını təsəvvür edin. İçi mürümüşsə, kiçik bir yel də onu devirər, zahiri görkəminə baxmayın. Bir rejimin çöküş dönəmi yaxınlaşdığında öz-özünə çökər. Azərbaycanılar qatılsalar da qatılmasalar da. Çöküş dönəmi yaxın deyilsə, qatılımlar heç bir təsir etməz. Tarixin bilmədiyimiz gizlinlikləri, sirləri var. Sanki görünməz enerjilər bu devirmə və yüksəltmədə müdaxilə edir. İkinci olaraq da Yaşıl Hərəkətə Azərbaycanlıların qatılmalarını kimsə yasaqlamamış. Şəxsən mən qatılmaqdan yana deyiləm. Ancaq qatılsalar da dünya dağılmaz. Necə ki, Yaşıl Hərəkətə qatılımdan yana olan bir sürü milli insanlarımız var. Ən önəmlisi Müntəziri “Yaşıl Hərəkətə qatılmaq şəri vəzifədir” açıqlamasını yapa biləcək bir statusdadır. Ancaq bunu etməmiş və “türklərin milli haqları yolundakı çabalarını şəri vəzifə” adlandırmış. Bu üzdən də mətndəki qavramlara diqqət etməliyik. Yaşıl Hərəkət keçici bir hadisədir. Müntəzirinin bu açıqlaması bizim tariximiz üçün bir fürsətdir. Hətta sadəcə İranda yaşayan türklər üçün deyil, Çində və digər yerlərdə yaşayan türklər üçün də təsirli olabilər. Bunun təsirli oluşunu sağlamaq bizim görəvimizdir. Bu mücadilənin dini bir görəv olduğunu Müntəziri açıqlamışdır. Bundan yararlanmaq bizim işimiz. Müntəzirinin bu fətvasi “siz türk deyilsiniz!” yazan və təbliğ edən fars tarixçilərinə də sərt bir cavabdır. Bilirsiniz ki, Müntəzirinin bu açıqlaması fars milətçilərini çox narahat etmişdir. Hətta Yaşıl Hərəkətin fars milliyətçiləri də bundan narahatdırlar. Çünkü Yaşılçıları da çıxmaza soxmuşdur. Onlar təqlid etdikləri dini liderin fətvasından yola çıxaraq türklərin milli haqlarını açıq şəkildə dilə gətirməlidir. Çünkü bu, onlar üçün şəri bir vəzifədir artıq. Türk millətinin yüksəlişidir bu. Bir millət öz haqqı yolunda doğruca mücadilə aparanda ona hər yerdən dəstək gələr. Yetər ki, dözüm və inancla bu mücadilə yürütülsün. Allahın yardımı dediyimiz məsələ də bundan ibarətdir. Allah özü gəlib yol göstərməz ki, Müntəziri kimi biriləri çıxar və sizin milli mücadilənizə dəstək verər. Mənim görüşüm budur ki, Ayətullah müntəzirinin bu açıqlaması türklər üçün tarixi bir fürsətdir. Bu fürsəti dəyərləndirmək bizim görəvimizdir.
Güntay Gəncalp
09/11/2009
Ayətullah Hüseynəli Müntəzirinin türk dili və kimliyi ilə bağlı fətvası
Allahın adı ilə
Salam və sayqı ilə və öz haqlarının gerçəkləşməsi yolunda çalışan türk bacı—qardaşlarımı təqdir edərək, bu haqda bildirmək istəyirəm ki, anayasanın 15—ci maddəsində yazılmışdır: “Məhəlli və etnik dillərin mediada istifadə edilməsi, bu dillərin məktəblərdə tədrisi fars dilinin yanında azaddır. 19-cu maddədə yazılmış: İran toplumu etnik və qəbilə mənsubiyətindən asılı olmayaraq, bəbabər hüquqdan faydalanmalıdır. Rəng, irq, dil və bu kimi fərqliliklər imtiyaz sayılmaz.”
Anayasanın bu maddələrinə görə, kimsə dil və irqi, üstünlük səbəbi olaraq görə bilməz. Anayasanın bu maddələrinə dayanaraq, kimsə türk kimliyi və türk dilinin İranda məhv olmasına inana bilməz. Türklərin ana dilində təhsil almalarını əngəlləyə bilməz. Anayasanın bu maddələrinə dayanaraq, hökumət türk dilində yayılan kitabların, qəzetlərin və dərgilərin qarşısını ala bilməz.
Siz türk bacı—qardaşların qanuni və şəri yollarla öz haqlarınızı istəməniz çox yerindədir. Qanuni məcralarla, milli məclisdəki nümayəndələriniz vasitəsi ilə və islam elmi mütəxəssisləri olan alimlər aracaılığı ilə öz haqlarınızı təqib edin. Məsul qurumlar anayasanın tanıdığı səlahiyətlərə görə haqlarınızın təmin edilməsi üçün sizlərə yardım etməlidirlər.
Allahın köməyi ilə müvəffəq olarsınız.
26.07.1388
18.10.2009
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir