- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

BayBak-in özəl duyurusu: Azərbaycanın batısında provakasiyalar planlanıb

BayBək, Azərbaycan | Thursday, 31st December , 2009 , 08:48 [am] | İç Xəbərlər

. Bəlli olan 2010-ci il bölgədə geniş dəiyşimlər olacaqdır və Azərbaycan bu olaylara hazırlıqlı olmasa bir daha ağır şəkildə uduzacaqdır. Güneydə Kürd məsələsi və Quzeydə Erməni sorunu Türklərə qarşı qullanılacaqdır və dinci qurumlar daxil olaraq, İraq başqa olmaqla Türkiyədən güc alan terroçular saldırılarını Azərbaycanın iki tayına yönətəcəklər.


Güney Azərbaycanın batı bölgələrində Kürd yayılması və onların terror aktları milli hərəkatın gündəmində və qarşısında olan sorunlardandır. Fars işqalçılarıda bu məsələyə yardım edərək çeşitli zamanlarda Kürd kartından Türklərə qarşı faydalanıblar.

Son aylarda İran adlanan ölkənin daxilində yaranan muxalifət dalqalarından əndişə edən Fars rejimi Azərbaycanında o dalqalarda iştirak etməsindən qorxur. Muxalifət liderlərinin neqativ yaxlaşımları Azərbaycan milli fəallarının arasında tartışmalara və görüş savaşına nədən olmuşdur və son günlərdə yeşıl hərəkata qatılıb qatılmamaq qonusu daha akiv olaraq gündəmə gəlmişdir. Bu olayları yaxından izləyən hakimiyət isə Azərbaycanı başqa olaylara çəkib muxalifətdən uzaqlaşdırmaq üçün qorxunc planlar hazırlamışdır.

Daha öncə xəbərin verdigimiz kimi, milli fəalları və içəridə birləşdirici rolları olan ziyalıları çeşitli yollar ilə aradan qaldırmaq və hətta onları öldürmək hakimiyətin savaşının bir yöneder. Başqa yön isə Kürdləri qullanaraq Türkləri başqa meydana çəkmək çabalarıdır. Son həftələrdə Tikantəpə, Təbriz biliyurdu və Salmasda baş verənlər bu işlərin subutudur. Ancaq bunlara ək olaraq, Fars rejiminə bağlı Kürd terroristlərinin yeni bir planının üstü açılıb. BayBak-ə özəl olaraq verilən məlumata görə, Urmu imam cüməsi cənab Qulamrza Həsəni gələcək hədəf seçilib və onu terror etmək planı aylardır ki hazırlanıb.

Aldığımız bilgilərə görə, Azərbaycanda mərkəzdən uzaq qarmaşa yaradaraq milli fəalları Kürdlər ilə üz-üzə qoymaq cəhdləri planlaşıbdır. Artıraq ki Kürd terrorçuları son zamanlarda mərkəz tərəfindən gücləniblər və öncə xəbərin verdigimiz kimi İraqdan terrorçular dəstə dəstə Azərbaycan torpaqlarına daxil olurlar. Bu olayda əli olan devrim qorucuları hörgütü isə artıq silah dağıtmaqla Kürdləri daha güclü qılmaqda böyük rol oynayır.

Bu olayları hətta Türkiyə-Quzey Azərbaycan sınırlarına çəkməklə bölgəsəl bir qarmaşanın yaranmasını planlayan Fars işqalçıları çalışırlar ta dünyanın gözünü və diqqətini mərkəzdə gedən olaylardan caydırsınlar.

Aldığımız bilgilərin incələməsində bəlli olub ki hakimiyət məsələsi yeşilçilər yox ki Türklərdirlər.

Bu olayları gözə alaraq, içəridəki milli fəalların daha ayıq olmaları istənilir və xaricdəki fəallar isə davamlı ilgidə olaraq içərinin olaylarını dünyaya çatdırmaqda daha çalışqan olmaları gərəkli görünür. Artıraq ki içəridə olayları gizli qılmaq üşün texniki sorunlar yaradılacaq və saxta olayların meydana gətirilməsindən faydalanaraq Kürd kartını masaya buraxacaqlar. Fars rejiminə çalışan Türkiyə və İraqdan olan məmurlar isə bu olaylarda iştirak edəcəklər.

Bəlli olan 2010-ci il bölgədə geniş dəiyşimlər olacaqdır və Azərbaycan bu olaylara hazırlıqlı olmasa bir daha ağır şəkildə uduzacaqdır. Güneydə Kürd məsələsi və Quzeydə Erməni sorunu Türklərə qarşı qullanılacaqdır və dinci qurumlar daxil olaraq, İraq başqa olmaqla Türkiyədən güc alan terroçular saldırılarını Azərbaycanın iki tayına yönətəcəklər.

BayBak, All about a Nation, Bir millətin səsi
Yazını epoçt adresinə göndər

Paylaş |
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://azr.baybak.com/il_2009_say_5904.azr
azeribaybak[at]gmail.com