 |
. |
Güney Azərbaycanın əfkari ümumisini Şimali Azərbaycana arxayın eləmək yanlış təbliğatdır. Çünkü qarşımızdakı illərdə həm İran genəlində, həm Güney Azərbaycanda ciddi problemlər ortaya çıxacaqdır. O zaman Şimali Azərbaycandan bizə nə hərbi, nə də başqa iqtisadi yardım gələ bilər. Buna şimali Azərbaycanın nə imkanı var, nə də dövlət izn verər. O zaman Urmiyənin, Sulduzun, Həmədanın təhdid altında olduğu bir vəziyətdə Güney Azərbaycanın əfkari ümumisi qaynasız xəyali güclərə deyil, öz imkanlarını, təşkilatçılığını, hərbi gücünü oluşdurmaqla məşğul olmalıdır. Artıq şeir zamanı keçmişdir. Yəni 1990-cı ildə Şimali Azərbaycanda yapılan Güneydə də baş verməsin. Xalq gəlib Arazın kənarında “Azərbaycan Bir olsun-mərkəzi Təbriz olsun”-söylədi, ancaq Qarabağ əldən getdi. Biz də eyni xətanı yapmayalım, realist olalım. 1990-cı ildə də Güney Azərbaycandan Şimalın bu çağrışına cavab gəlmədi, gələ bilməzdi.
|