|
![]() |
. | Bu gün İslam dünyasının ən müqəddəs günlərindən biri - Ramazan bayramıdır. 11 ayın sultanı Ramazan artıq sona çatır. Bu bir bir ay müddətində imanlılar adətən niyyət tutaraq səhər sübh namazını qılır, oruc tutur, axşamlar isə iftar açaraq, yenə namaz qalıraq, Allah qarşısında mənəvi borcunu yerinə yetirir. Ramazan orucunu tutanlar, bu gün sevinc, könül xoşluğu, mənəvi rahatlıq içindədir. Bu müqəddəs ayda İslam ölkələrində oruc tutanların sayı, ümumi əhalinin 90-95 faizini təşkil edir. Bir neçə saat qidadan uzaq olan imanlıları yalnız ibadət maraqlandırır |
![]() |
. | Onlar 5 nəfər nəzarətçini ələ keçirdikdən sonra, bölmələrin birini yandırıblar. Şahidlərin sözlərinə görə, həbsxanadan atəş səsləri gəlib.
Vilayətin qubernatoru Səlahəttin Hatıpoğlunun sözlərinə görə, dustaqlar saxlanma şəraitlətinin yaxşılaşdırılmasını və bəzi cəzaçəkənlərə amnistiyanın tətbiq olunmasını tələb ediblər. |
![]() |
. | Seçki Monitorinq Mərkəzinin seçki öncəsi vəziyyətə dair hesabatında bildirilir ki, prezident seçkisi ərəfəsində hakimiyyətdən olan namizədin seçki kampaniyası zamanı inzibati resurslardan istifadə olunur, büdcə təşkilatlarının rəhbərləri indiki prezident İlham Əliyevin xeyrinə təbliğat aparırlar.
Bəzi müxalif namizədlər isə öz növbəsində seçki təbliğatının qeyri-bərabər şəraitdə keçirildiyindən şikayətlidirlər. |
![]() |
. | Son illərdə fitr bayramın ərkən qutlayan Kürd azınlığına olan basqı çoxalıbdır. BayBak-in aldığı bilgilərdə qeyd olunubdur ki Kürd mollalarına İran gizli servisi tərəfindən xəbərdarlığ verilib və onlardan kəsin olaraq istənilibdir ki ramazan bayramən dini liderin dedigi gündə qutlasınlar! Artıraq ki Kürdlə hər il ramazan bayramən bir ya iki gün tez qutlarla və iddea edərlər ki onların bölgəsində şəvval ayı daha tez görünər. |
![]() |
. | Beş müxalifət təşkilatının birləşdiyi Müxalifətin Əməkdaşlıq Mərkəzinin liderləri mitinqlə bağlı məsləhətləşmələrin Ramazan bayramından sonraya saxlanması barədə razılığa gəliblər. Ramazan bayramından sonra Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirməklə bağlı daha bir müraciət göndəriləcək. Meriya həmin müraciətə də Bibiheybət stadionunu göstərməklə cavab versə, icazəsiz aksiyalar məsələsi gündəmə gələ bilər. Bu barədə Müxalifətin Əməkdaşlıq Mərkəzindən məlumat verilib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, İcra Hakimiyyətinin |
![]() |
. | Nümayəndə heyəti ABŞ Konqresində, ABŞ Dövlət Departamentində, ABŞ-dakı diaspor təşkilatları, türk cəmiyyətlərinin üzvləri və Azərbaycan dərnəklərində görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan diasporunun indiki durumu, Güney Azərbaycan problemi, İran adlanan ölkədə Azərbaycan türklərinin insan haqları və Qarabağ məsələsi müzakirə olunacaq. Bununla bağlı DAK “Türkmənçay müqaviləsi və Azərbaycanın parçalanması”, “İranda Azərbaycan türklərinin insan haqlarının pozulması” və “Qarabağda erməni cinayətləri” mövzusunda hesabatlar hazırlayıb. |
![]() |
. | “Hakimiyyət seçki gününə az qalmış öz aktivinə daha bir neçə sanballı siyasi xal yazmaq üçün gözlənilməz addımlar atacaq. Bu sırada əhalinin köhnədən qalmış qaz, işıq, su və digər kateqoriyadan olan kommunal borclarının silinməsindən tutmuş ictimaiyyətdə tanınan şəxslərə ucdantutma ”saray ənamları”nın paylanmasına qədər bir sıra tədbirlər yer alacaq. Planda bütün ölkənin yaxşı tanıdığı çox məşhur müxalifətçilərə, müxalifət düşərgəsinin keçmiş və bugünkü tanınmış simalarına prezident təqaüdünün verilməsi də nəzərdə tutulub”. |
![]() |
. | «Səfxanı» adlanan ərazidəki torpaq sahəsi 2006-cı ildə məhkəmənin qərarı ilə kənd camaatının əlindən alınıb. Sakinlər bu hadisədən 1 il sonra xəbər tuta bilib. Məhkəmə qərarı Salman Cəbrayılov adlı qəsəbə sakinin iddiası əsasında çıxarılıb. ABŞ-ın keçmiş səfiri isə bəzi KİV-lərdə bildirib ki, sözü gedən torpaq sahəsinin həqiqi sahibi özü və ailəsidir. |
![]() |
. | “Eskudero, ata-baba torpaqlarımızdan əl çək”
Nardaranda “Səfixanu” deyilən yerə biz çatanda artıq aksiyaçıların yığışdığını gördük. Ilk əvvəl nəzərimizi iri plakatdakı şüar cəlb edir: “Eskudero, ata-baba torpaqlarımızdan əl çək!” Azərbaycan bayrağının altında yerləşdirilmiş plakatın qarşısında çıxışlar başlayır. Çıxışa başlamazdan öncə deyim ki, etirazçıların arasında qadınları görmədik. Bunun səbəbini soruşanda məlum oldu ki, Nardaranda qadınların etiraz aksiyası keçirməsi üçün xüsusi yer var. “Imam Əli meydanı” deyilən ərazi qadınların hər hansı aksiyası üçün rahatdır. Qeyd edim ki, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri, YAP-çı Stenli Eskudero Nardaranın dənizə girən ərazisində 30 hektar torpağı zəbt edib. Bir tərəfdən dənizlə, bir tərəfdən kənd yolu ilə əhatələnən 30 hektar ərazi saf havası və qeyri-adi mənzərəsi ilə görəni valeh edir. |
![]() |
. | Nyu Yorkda səfərdə olan Türkiyə prezidenti Abdulla Gül “Amerikanın səsi”nin Azərbaycan bürosuna müsahibə verib. Cənab Gül Qafqazdakı son vəziyyət, Türkiyə-Ermənistan-Azərbaycan münasibətləri və Gürcüstan-Rusiya qarşıdurması barədə danışıb. Türkiyə prezidenti ilə müsahibənin tam mətnini təqdim edirik. |
![]() |
. | Bakıya sentyabrın 27-də axşam saatlarından yağmağa başlayan yağış yenə də paytaxtın payıza (eləcə də qışa) hər il olduğu kimi, bu dəfə də hazır olmadığını nümayiş etdirdi. Səhər saatlarından indiyədək ANS PRESSin qaynar xəttinə daxil olan şikayətlərin əksəriyyəti yollarda nəqliyyatın hərəkətinin çətinləşməsi, magistral xətlərdə iri gölməçələrin yaranması, yerli icra strukturları və Dövlət Yol Polisi əməkdaşlarının belə vəziyyətdə heç nə etməməsi barədədir. Sürücülər xəbər verirlər ki, Xətai, Binəqədi, Sabunçu, Əzizbəyov rayonlarının ərazisində vəziyyət daha acınacaqlıdır. Təxminən 50-90 sm dərinliyində olan gölməçələrdə indiyədək onlarla maşın yığılıb qalıb. Onların hamısı suya tab gətirməyərək |
![]() |
. | Ermənistan prezidenti Serj Sərkisyan türkiyəli həmkarı Abdulla Gülün çətin qərarlar qəbul etməyə hazır olduğunu söyləyib. Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Əli Babacan da Ankaranın öz keçmişinə nəzər salmağa, nəzərdə tutulan komissiyanın rəyilə üz-üzə durmağa hazır olduğunu bildirib. Yeri gəlmişkən, bu arada ABŞ-ın nüfuzlu “Woodrow Wilson” Mərkəzinin yaydığı hesabatda Ankaranın Ermənistanla sərhədləri açmaq məsələsində ciddi olduğunu vurğulayıb. Bəs Serj Sərkisyanın açıqlamaları nə anlam verir? Abdulla Gül hansı “çətin qərarları” qəbul etməyə hazırdır |
![]() |
. | Mərkəzin hesabatından:”Azərbaycanda enerji gəlirlərinin artması demokratik standartların azalması ilə nəticələnib” Sülh və təhlükəsizlik, insan haqları və demokratiyanın araşdırılması ilə məşğul olan elmi tədqiqat mərkəzi “FRIDE” yeni hesabatını açıqlayıb. Hesabat dünyanın 3 neft ölkəsi - Afrika ölkəsi olan Nigeriya, Səudiyyə Ərəbistanı və Azərbaycanda enerji məsələləri ilə demokratik idarəetmə arasında əlaqələri araşdırıb. ÿMəhz bu üç ölkənin öyrənilməsinin səbəbi belə izah olunur ki, bu ölkələrin hər biri son illərdə neft və qaz sahəsinin inkişafından |
![]() |
. | Təbrizin xiyavanlarında duvar yazıları çoxalmaqdadır. Şəhərin bir çoxlu xiyavanında “Azərbaycana azadlığ”, “Haray Haray mən Türkəm”, “Leysanlı gərək azad olsun”, “Türk öyrəncisi səndə gəl” və “Azərbaycan oyaxdı, kimliginə dayaxdı” şuarları yazılıb.
Xəbərdə gəlibdir ki bu gün piket keçirən öyrəncilər bir məktüb hazırlayıb və onu qətnamə kimi oxuyandan sınra çoxlu yetkili ofisinədə göndəriblər. |